Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağdaş sakini anasının gözü qarşısında özünü güllələdi
Tarix: 19-08-2015 | Saat: 21:01
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Ağdaş sakini anasının gözü qarşısında özünü güllələdi
Faktla bağlı cinayət işi açılıb.

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Xeberaz.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Yenicə kəndində qeydə alınıb. Kənd sakini 1980-ci təvəllüdlü Qurban Mirzəquliyev özünə məxsus ov tüfəngi ilə sinəsinə atəş açaraq özünü yaralayıb.

Ürək nahiyəsindən güllə yarası alan Qurban Mirzəquliyev təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Sonradan yaralının vəziyyəti ağırlaşdığı üçün reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. İlkin məlumata görə 35 yaşlı Qurban Mirzəquliyev spirtli içki aludəçisi olub. O, içkili vəziyyətdə anasının gözü qarşısında özünə qəsd edib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___