Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda özəl klinikada ana ölümünün ilkin səbəbi müəyyənləşib
Tarix: 24-03-2015 | Saat: 20:35
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 / Reportaj | çapa göndər

Bakıda özəl klinikada ana ölümünün ilkin səbəbi müəyyənləşib
“Xəstə epidural anesteziya olunmalı idi”.

Bakıda “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ana ölümünün ilkin səbəbi müəyyənləşib.

Xeberaz.az xəbər verir ki, mərhumun yaxın qohumu Cavid Musazadə Trend-ə açıqlamasında bildirib ki, 29 yaşlı İlahə Musazadənin “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ölməsinə səbəb anestezioloqun məsuliyyətsizliyi olub: “Mən özüm həkiməm. Bu tibbi prosedurlarla bağlı məlumatlıyam. Təbii yolla baş verən doğuşu ağrısız etmək üçün xəstə anesteziya olunub. Bu zaman xəstənin halı pisləşib və ürəyi dayanıb”.

C.Musazadə deyib ki, anestezioloq iynəni xəstəyə düzgün vurmayıb: “Xəstə epidural anesteziya olunmalı idi. Həkim səhvindən epidural anesteziya ya venaya düşüb, ya da spinal kanala. Doğuş başlamamışdan xəstə şoka düşərək ölüb. Ana nevrogen şok olduğundan, uşaq dünyaya gəlib”.

Xatırladaq ki, martın 20-də Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. 29 yaşlı İlahə Musazadə “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ölüb.

Xatırladaq ki, digər bir ölüm hadisəsi martın 17-də “StarMed” özəl klinikasında da baş vermişdi.

Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı da martın 17-də özəl klinikalardan birində - “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir.

Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının “StarMed” klinikasında əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. “StarMed”in fəaliyyəti dayandırılıb.


Xəbəri paylaş

7848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___