Azərbaycanlı kişi 2 uşağı Türkiyəyə satmağa apararkən tutuldu
Tarix: 15-08-2015 | Saat: 20:06
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Xeberaz.az xəbər verir ki, Avqustun 14-də azyaşlıları istismar məqsədi və aldatma yolu ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən şəxs Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxlanılıb.
Bunu bu gün keçirilən mətbuat konfransında DSX İstintaq və Təhqiqat İdarəsinin rəisi, polkovnik Azər İbrahimov deyib.
A.İbrahimov bildirib ki, Azərbaycan Respublikası vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyev Zahid Qədir oğlu “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsindən idarə etdiyi yük maşınında yetkinlik yaşına çatmayan Gəncə şəhər sakinləri – 2004-cü il təvəllüdlü Məmmədov Ziyadxan Saleh oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Asif Rəcəb oğlu və 2003-cü il təvəllüdlü Əliyev Yaqub Elşən oğlunu Türkiyə Respublikasına aparmaq barədə sonuncularla razılıq əldə edib, razılaşmaya əsasən onların dövlət sərhədini qanunsuz olaraq Gürcüstan istiqamətində keçməyə cəhd göstərmələrinə köməklik göstərib.
Z.Hacıyev azyaşlıların gələcəkdə istismar məqsədilə, aldatma yolu ilə Türkiyəyə aparıb insan alverinə cəlb etməyi planlaşdırıb, onların qabaqcadan istifadəsində olan mobil nömrəsini verərək qanunsuz yolla keçdikdən sonra Gürcüstanda təyin edilmiş yerdə görüşmək barədə razılıq əldə edib.
DSX əməkdaşlarının sayıqlığı nəticəsində Zahid Hacıyev və azyaşlılar saxlanılıb.
Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
/Apa/
Xəbəri paylaş
6028 dəfə oxunub.
Digər xəbərlər

20-07-2019, 21:18
"Sumqayıt” Türkiyədə 4 yoxlama oyunu keçirəcək
2-03-2020, 16:10
Oqtay Şirəliyevdən bu dərmanlarla bağlı QƏRAR
17-04-2022, 10:53
Kolbasa ətdən hazırlanırsa, niyə ondan ucuzdur? – Ekspert izah edir
5-06-2017, 14:41
“Real"la oyundan sonra Enrike mənə dedi ki..." - Messi
25-02-2016, 14:09
I sinfə şagird qəbulunun vaxtı açıqlandı
12-03-2017, 21:58
Dünyanın ən gözəl 10 qadını - SİYAHI - FOTO
1-07-2019, 07:38
Mehriban Əliyeva UNESKO-nun sessiyasının açılışında
22-05-2017, 12:45
Fidan Axundova: "Mən həyatın "döydüyü", övladı olmayan qadınam: nəyimə paxıllıq edirlər ki?" - FOTO
10-10-2015, 13:04
Qadın Facebook-a görə oğlunu itirdi
17-08-2015, 18:05
İlham Əliyev Cəlilabad rayonuna 3 milyon manat ayırdı