Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan vətəndaşlarını Rusiyaya buraxmırlar
Tarix: 15-08-2015 | Saat: 18:30
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycan vətəndaşlarını Rusiyaya buraxmırlar
Samur körpüsünün üzərində xeyli avtomobil yığılıb və tıxac yaranıb.
Azərbaycan- Rusiya sərhədində böyük tıxac yaranıb.

Xeberaz.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın Rusiya ilə sərhədində yerləşən "Samur" gömrük buraxılış məntəqəsindən keçən avtomobillər Rusiya ərazisinə daxil ola bilmirlər. Nəticədə Samur çayı üzərində yerləşən körpünün neytral hissəsində xeyli avtomobil yığılıb və tıxac yaranıb. Bu isə əhalinin gediş-gəlişində ciddi çətinliklərə səbəb olub.

Rəsmilər deyiblər ki, sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində texniki problemlər mövcuddur və avtomobillərin buraxılması faktiki dayandırılıb.

Məsələ ilə bağlı Rusiya tərəfdən heç bir açıqlama verilməyib.

Azərbaycanın Rusiya ilə sərhədində yerləşən digər gömrük buraxılış məntəqələrində isə heç bir çətinlik yoxdur.


Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___