Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda kiçik ət dükanları ləğv olunacaq
Tarix: 15-08-2015 | Saat: 12:57
Bölmə:Karusel / İqtisadiyyat / Fotogalereya | çapa göndər

Bakıda kiçik ət dükanları ləğv olunacaq

Bakı şəhəri ərazisində özəl ət kəsim məntəqələrinin tikilməsi ilə bağlı layihə bir ildən çoxdur hazırlansa da, hələ heç bir məntəqə tikilməyib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat rəhbəri Yolçu Xanvəli "Report"a bildirib ki, qurum tərəfindən hazırlanan layihə Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub.

O deyib ki, layihəyə əsasən, Bakıya daxil olan üç istiqamətdə - Şamaxı-Bakı, Quba-Bakı yolunda, Qaradağ rayonunun girişində özəl ət kəsim məntəqələrinin tikilməsi nəzərdə tutulub: "Özəl ət kəsim məntəqələrinin tikilməsindən sonra Bakı şəhəri ərazisindəki kiçik ət kəsim "butka"larının hamısı ləğv ediləcək. Heyvanlar xüsusi kəsim məntəqələrində kəsildikdən sonra soyuducu maşınlarda şəhərə paylanılacaq".

Y.Xanvəli əlavə edib ki, özəl ət kəsim məntəqələrinin tikilməsi sahibkarlardan asılıdr: "Onlar bu işə təşəbbüs göstərməli və maliyyə yatırmalıdırlar. Amma hələlik bunu həyata keçirmək üçün müraciət edən olmayıb".


Xəbəri paylaş

7048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___