Azərbaycanlı direktor müavini həbs olundu- Rusiyada
Tarix: 15-08-2015 | Saat: 01:44
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər
Rusiya paytaxtı Moskvada Ali İqtisad Məktəbinə aid institutun milliyyətcə azərbaycanlı direktor müavini Hakim Mürsəlimov saxlanılıb.
Xeberaz.az -ın ans press-ə istinadən məlumatına görə, buna səbəb Hakim Mürsəlimovun içkili vəziyyətdə olarkən köməyinə gələn tibb bacısının üzünə sillə vurmasıdır. Hazırda Moskva polisi hadisənin hansı şəraitdə baş verməsini araşdırır. İlkin məlumatlara görə, 47 yaşlı prorektor restorana gecə saatlarında 1 kişi və 2 xanımın müşayəti ilə gəlib.
İçkili Mürsəlimovun ayağı sürüşərək yıxılıb və o, başından ciddi yara alıb. Əraziyə kömək üçün ilkin təcili tibbi yardım maşını çağırılıb. Tibb bacısı zərərçəkənin yarasını müayinə edərkən içkili halda olan Mürsəlimov ona sillə vurub. Bunu görən barmen xanımın müdafiəsinə qalxıb, əraziyə polis çağırılıb. Əraziyə gələn tibb işçiləri Mürsəlimovu təcili tibbi yardım maşını ilə aparmağa cəhd göstərəndə, yaralı çırpınmağa və qışqırmağa başlayıb.
Qanun keşikçiləri içkili vəziyyətdə olan innovativ layihələrin idarəedicisini qısa vaxt ərzində xərəkə bağlayaraq N.V.Sklifosovski adına Təcili Yardım İnstitutuna yollayıb. Mürsəlimova sakitləşdirici vurulduqdan sonra o, qalmaqallı hadisəni belə şərh edib: “Mən, sadəcə, yorğun idim, yuxuya getmək qərarına gəldim. Mənim tərəfimdən bütün davranış qaydalarına əməl olunub”.
Ali İqtisad Məktəbinin saytında bildirilir ki, Hakim Mürsəlimov "İdarəetmə əməkdaşlarının ixtisasartırmasını təşkil edir, həmçinin keyfiyyətli əmək üçün optimal şərait yaradılmasını gerçəkləşdirir”. O, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.
Hakim Mürsəlimov 2010-cu ildə “Taymıra xidmətinə görə” fəxri döş nişanına, “Federasiya Şurasının 15 illiyinə” medalı ilə təltif olunub.
Xəbəri paylaş
6398 dəfə oxunub.
Digər xəbərlər

30-06-2018, 10:40
Sarkisyanın qardaşına cinayət işi açıldı
28-05-2016, 21:00
Bakı sakinini belə altadılar
20-08-2015, 13:43
Günorta yuxusunun faydaları
31-07-2015, 17:05
Azərbaycanlı aparıcı qəza keçirib: "Şokdayam"
28-10-2021, 09:10
Azərbaycanda dəhşət: Bir ailə yanaraq öldü
11-10-2022, 15:35
Cəlilabada həkim avtoşluq etdi" "Qırmızı işıqa məhəl qoymadı"- VİDEO
11-04-2023, 14:17
Ayaqlarınızı bir-birinə aşıraraq oturmayın - CİDDİ PROBLEM YARANA BİLƏR
2-07-2016, 13:06
“Vanqa” Goranboyda tutuldu - Video
3-08-2021, 21:06
Afaq Aslan Dubayda nişanlandı - FOTO
11-02-2020, 09:45
Türkiyədə yenə zəlzələ oldu