Səhiyyə Nazirliyindən ölən jurnalistin həkimi haqda Açıqlama
Tarix: 15-08-2015 | Saat: 00:58
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Səhiyyə Nazirliyi (SN) Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevi əməliyyat edən professor Saday Əliyevin bundan əvvəl də bir neçə xəstənin ölümünə səbəb olması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Xeberaz.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən report-un sorğusuna cavab olaraq bildirilib ki, bu günə kimi həkim Saday Əliyevlə bağlı quruma heç bir şikayət daxil olmayıb: "Həkimlə bağlı müzakirə və ya araşdırma konkret fakt və şikayət olarsa aparılır".
Nazirlik R.Əliyevin ölüm işi ilə bağlı professor Saday Əliyevin işdən uzaqlaşdırılacağı barədə iddialara da münasibət bildirib: "Yalnız araşdırmaların nəticələri müəyyənləşdirildikdən sonra həkimin işindən kənarlaşdırılması barədə qərar verilə bilər".
Xatırladaq ki, R.Əliyevin ölüm işi ilə bağlı futbolçu Cavid Hüseynov da daxil olmaqla, onun bibisi oğlu Elşən İsmayılov və Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov, eləcə də Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
1 1368 dəfə oxunub.
Digər xəbərlər

26-04-2016, 22:46
Rusiyadan Ermənistana 7 milyon yardım
19-08-2022, 11:48
Taksi qiymətləri bahalaşacaq? - “Bolt” və “Uber” şirkətlərinə qarşı QANUN LAYİHƏSİ hazırlanır
18-09-2017, 12:58
İsti hava davam edəcək
6-09-2017, 20:27
Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü - Fotolar
21-08-2021, 11:27
Rafiq Aslanov batırdığı “gəmilərin” əvəzini harada və kiminlə çıxarır?
5-01-2017, 23:59
Prezidentin qızı 5.5 milyonluq malikanəyə köçdü - Foto
4-12-2016, 15:16
Bu kəlmələri əsla deməyin!
5-02-2017, 20:48
Tovuzda 16 yaşlı qız intihar etdi
16-01-2016, 18:42
Şəhid ailələri üçün prezident təqaüdünün aylıq məbləği artırılıb