Cavid Hüseynov jurnalistin ölümündə günahkar olanları cəzalandırılmasını tələb edir
Tarix: 14-08-2015 | Saat: 14:07
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
“Həkim səhvi olub”.
“Qəbələ” və Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümünə dair ittihamları qəbul etmədiyini bəyan edib.
Xeberaz.az azerisport.com-a istinadən xəbər verir ki, bu barədə futbolçunun vəkili Adəm Məmmədov bildirib.
Xatırladaq ki, Rasim Əliyev Facebook-da Cavid Hüseynovu “Qəbələ”-“Apollon” matçından sonra jestinə görə tənqid etdiyi status üçün altı nəfər tərəfindən döyülmüşdü.
“Cavid deyib ki, onu Rasim Əliyevdən də pis təhqir və tənqid ediblər. O, jurnalistə zəng edib, video ilə anlaşılmazlığı izah edib. Zəngin sonunda normal vidalaşıblar. Sonra Rasim yazını Facebook-dan silib.
Bir müddət sonra jurnalistə Hüseynovun bibisi oğlu zəng edib, dostları ilə onunla görüşüb və onu döyüb. Futbolçu özü bu barədə bilməyib və baş verənlərdən sonra bibisi oğluna bunun artıq olduğu barədə sms yollayıb. Cavid jurnalistin ölümündə təqsirkar olanların sərt cəzalandırılmasını tələb edir”, - Məmmədov “Azadlıq radiosu”na bəyan edib.
“Eləcə də həkim səhvi olduğunu da deyə bilərəm. Əgər həkimlər vaxtında yardım göstərsəydilər, zərərçəkən ölməzdi”, - vəkil əlavə edib.
Qeyd edək ki, jurnalisti əməliyyat edən cərrah Saday Əliyev prokurorluqda ifadə verib.
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

25-03-2019, 08:58
Rusiya Qazaxıstanı darmadağın etdi
5-11-2016, 00:54
AZƏRBAYCANDA -Qohumunu soyundurub, narkotik verib, zorladı
1-04-2022, 11:10
Azərbaycanda qayın mülkə görə gəlini öldürdü
9-03-2016, 15:02
''Novruz bayramına qədər əfv olacaq''
20-03-2017, 15:17
Parisdə məhkəmə binası bomba xəbərdarlığı ilə əlaqədar boşaldılıb
16-02-2017, 01:44
NATO baş katibi Rusiyanı ittiham etdi
7-11-2016, 16:32
Məktəbəqədər təhsil haqında qanun layihəsi müzakirədə
30-03-2017, 13:23
Xəzərdə fırtına həyəcanı: Neftçilər evakuasiya edilir
26-01-2016, 17:05
Dollarla krediti olanlar diqqətli olsun