Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bəzi Bakı kəndləri və qisa tarixi
Tarix: 24-03-2015 | Saat: 16:42
Bölmə:Karusel / Maraqlı / M2 / Araşdırma | çapa göndər

Bəzi Bakı kəndləri və qisa tarixi

Bakı şəhəri ətrafında salınmış kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif miqdarda göstərilirdi . I Pyotrun səfəri ərəfəsində Bakıda olmuş katolik missionerlərdən birinin yazdığına görə , Bakı əyalət şəhəridir və onun 34 kəndi vardır .
1870-ci il siyahısında isə Bakıda 41 kənd olguğu qeyd edilir .Maştağa Bakının ən böyük kəndidir . Bu kəndin adı vaxtilə burada məskən salmış massaget tayfasının adı ilə bağlıdır . Buzovna – Maştağa ilə qonşu kənddir . Əsasən əkinçilik və bostançılıqla məşğul olan kənddir . Yerlilər öskürəyə qarşı burada bitən buzovna adlı otdan istifadə etdiklərinə üçün kəndin adı da Buzovna qalıb .
Maştağadan sonra Bakının ikinci böyük kəndi Balaxanıdır . Kəndin adı iki sözdən əmələ gəlib : bala – yuxarı , hündür və xana – ev deməkdir , Balaxanı qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa deyərdilər .
Əhalisinin tərkibinə görə , tat kəndi hesab edilən Suraxanı kiçik bir kənd olsa da , öz ağ nefti və daimi yanar odları ilə bütün şərqdə şöhrət tapıb , burada həmçinin atəşpərəstlik dininin məbədi də yerləşir . Kəndin adı isə iki sözdən əmələ gəlib : sürx – qırmızı və xana – ev .
Binə kəndi Bakı kəndləri içində ən təzəsidir . Bu kənd qədim Kürkənd kəndinin xarabalıqları yanında salınıb . Kəndin yeri vaxtilə nardaranlıların binələri olub . Bir müddət sonra isə yaşayış məskəninə çevrilib .
Qala kəndi – Abşeronda ilk qala burada tikildiyi üçün kənd də Qala adlandırılıb .
Türkan kəndi – Monqolların Azərbaycana hücumundan əvvəl türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar . O zamanlar türkmənlər sadəcə olaraq Türkan adı ilə də məşhur idilər . Bu tayfaların bəziləri Xəzərin qərb sahillərinə daimi məskən salmışlar və Türkan kəndinin adı da görünür bu yerlərdə yaşamış tükmənlərin adı ilə bağlıdır .
Hövsan kəndi – Bu kəndin belə adlandırılması vaxtilə bu yerdə mövcud olan iki böyük su hovuzu ilə əlaqədardır . Hövsan hovuzlar deməkdir .
Zirə kəndi – Abşeron burnunun qurtaracağında salınan axırıncı yaşayış məskənidir . Nargin və Vulf adalarının adlarına əsaslanaraq “zirə” sözünün necə yarandığı barədə fakir söyləmək mümkündür . Adaların (cəzirələrin) adlarını canlı dildə asan tələffüz etmək məqsədilə ilk “cə” hecası atılıb , təkcə “zirə” qalıb . Adaların adları da sadəcə olaraq , “zirə” kimi tələffüz olunmağa başlayıb .
Zirədən şimal-qərbdə Şüvəlan yerləşir . “Şüvəlan” sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq yaranıb . Şüvəlanda olanlar, yəqin fikir veriblər ki, bu yerdən dənizə tərəf enişlər başlayır . Farsca “şiv” sözünün mənası eniş , “lan” isə məkan deməkdir .
Mərdəkan kəndi – “mərdəkan” sözü də iki sözdən əmələ gəlib , mərd və məkan , yəni mərdlərin yaşadığı yer .
Nardaran kəndi dəniz sahilində salınan kəndlərdən biridir . Nardaran iki sözdən : “nar” və “daran” sözlərindən düzəlib , “daran” farsca “olan” mənasında işləndiyindən kəndin adı da nar olan yer kimi tanınmışdır .

Bunlardan başqa , Bakının Əmircan , Keşlə ,Bibiheybət , Ramana , Bilgəh , Novxanı , Kürdəxanı , Pirşağı , Masazır , Saray , Digah , Güzdək , Binəqədi , Qobu , Biləcəri , Dərnəgül , Xocasən , Şağan , Zabrat , Zığ , Əhmədli və s. kəndləri də var .


Xəbəri paylaş

1 2068 dəfə oxunub.

Digər xəbərlər
3-04-2016, 19:14 Tərtərdə son durum

bütün xəbərlər
____ Instagram ___