Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezidentin qohumu həbs edildi
Tarix: 11-08-2015 | Saat: 15:08
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Prezidentin qohumu həbs edildi
Hilal Əsəd qətl törədməkdə ittiham edilir
Suriyanın Latakiya şəhərində prezident Bəşər Əsədin yaxın qohumu Hilal Əsəd qətl törətməkdə ittiham edilərək həbs edilib. İstintaqın əldə etdiyi məlumata görə, dövlət başçısının qohumu yol-nəqliyyat hadisəsi zəminində baş vermiş münaqişə zamanı Həsən əş-Şeyx adlı zabiti güllələyib.

Cinayət Latakiya şəhərinin mərkəzində nəqliyyat işinin ən qızğın vaxtı törədilib. Şahidlərin sözlərinə görə, hərbçi prezidentin qohumunun maşınına yol vermədiyinə görə öldürülüb.


Latakiya şəhərində üzərində Bəşər Əsədin şəkli olan avtomobil

Hadisə hərbi prokurorluq tərəfindən araşdırılacaq. Dövlət başçısı Bəşər Əsəd cinayətkarın layiqli cəza alacağını vəd edib.

Qətl ilə əlaqədar Latakiyada kütləvi etiraz aksiyaları başlayıb. Yerli sakinlər küçələrə çıxaraq Hilal Əsəd məsuliyyətə cəlb edilməsini tələb edib. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə etiraz aksiyasında minlərlə insan iştirak edib.


Qətlə qarşı keçirilən etiraz aksiyası


Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
26-06-2017, 12:28 Sabah hava NECƏ OLACAQ?
24-03-2015, 21:49 Borclarımız arta bilər

bütün xəbərlər
____ Instagram ___