İŞİD-in budəfəki edam üsulu qan dordurdu (FOTO)
Tarix: 11-08-2015 | Saat: 14:55
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər
Terror qruplaşması insanları diri-diri dəfn edərək partladıb.
Öz qəddarlığı ilə yanaşı qeyri-adi edam üsulları ilə daim gündəmdə olan İŞİD terror qruplaşmasının qətliamlarının sonu görünmür. ANS PRESS-in məlumatına görə, terrorçular bu dəfə də edam üsulu ilə hər kəsi təəccübləndirib. Onlar Taliban terror qruplaşmasına kömək etməkdə şübhələndikləri insanları cəzalandırıblar.
Belə ki, onlar əvvəlcə insanları kimsəsiz yerə gətiriblər. Orada həmin insanları diri-diri çuxurlara dəfn ediblər. Daha sonra həmin insanların basdırıldığı çuxurları bomba ilə partladıblar.
İŞİD terrorçuları insanları diri-diri çuxurlara basdırırlar.
İçərisində diri insanların olduğu çuxurlar partladılıb.
İŞİD daha əvvəl də qeyri-adi və qəddar cəzalandırma üsulları ilə gündəmdə olub. Terrorçular bir neçə adamın başını daşla əzib. Onlardan biri qadın öldürməkdə günahlandırılırdı. İraqın Nineva şəhərində baş tutan edamı çoxsaylı insan müşahidə edib. Terrorçular çox vaxt insanlara "ibrət olsun" deyə belə edamları xalq üçün açıq keçirirlər. Bundan başqa edam səhnələrini videoya çəkərək internetdə yayımlayırlar.
İŞİD adamın başını daşla əzib.
Bu ilin əvvəlində isə İŞİD terror qruplaşması homoseksual münasibətlərə girməkdə günahlandırdıqları şəxsi camaatın gözü qarşısında edam edib. Onlar 50 yaşlı kişini gözləri bağlı halda əvvəlcə hündürmərtəbəli binanın damından aşağı atıblar. Yüksəklidən asfalta düşən kişinin sağ qaldığını görən kütlə onu daş-qalaq edərək öldürüb. Daha əvvəl isə iki nəfər homoseksual münasibətlərdə günahlandırıldığı elan edilərək camaatın gözü qabağında çarmıxa çəkilmişdi.
İŞİD-in binanın damından atdığı 50 yaşlı kişi
Sağ qalan adamı insanlar daş-qalaq edib.
Xəbəri paylaş
9008 dəfə oxunub.
Digər xəbərlər

19-05-2021, 11:52
"Yaxşı ki, ailəm dağılıb" - Video
1-06-2016, 15:44
Türkiyə 21 ildən sonra itki verdi – İraqda
20-12-2016, 10:44
Səfirin öldürüldüyü gecə Putin üçün müdhiş təsadüf
25-06-2015, 17:03
Şəhid ailələri və əlillərə şad xəbər (VİDEO)
8-05-2023, 13:57
"Trendyol"dan sifarişlərdə nə dəyişib? - Hansı geyimlər Azərbaycana göndərilməyəcək? - VİDEO
7-08-2015, 23:08
Cəlilabadda zəncirvari qəza: 1 ölü, 2 yaralı - FOTO
16-06-2022, 09:52
Qarabağda iş yerləri - Mühəndis, sürücü... - 1000-1500 AZN maaş - VİDEO
30-04-2017, 11:58
Bakıda vəzifəli şəxs dəhşətli cinayət törətdi - BİZNESMEN ÖLDÜRÜLÜB
17-03-2019, 06:20
ABŞ-da azərbaycanlı alim: "Hərdən özümə sual verirəm ki, mənim burada nə işim var"