Bulvarda intihar edən gəncin fotoları- Səbəb kredit imiş
Tarix: 11-08-2015 | Saat: 01:00
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV / Araşdırma | çapa göndər
Avqustun 10-u günorta saatlarında özünü Dənizkənarı Milli Park ərazisində dənizə ataraq intihar edən Ağayev Pərvin Elşən oğlunun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Xeberaz.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 25 yaşlı gənc əslən Lәnkәran rayonunun Şirinsu kәndindən imiş. Ailənin yeganə oğlu olan Pərvin Lәnkәran Dövlәt Humanitar Kollecinin “Kompüter mühәndisliyi” fakültəsini bitirib.
Maddi durumları yaxşı olmadığına görə ata vә anasını rayonda qoymağa məcbur olan gənc Bakıya işləməyə gəlib.
Bir neçə il əvvəl mərhumun danışma qüsuru olan qardaşı da vəfat edibmiş. Buna görə də ailədə işləyən tək adam məhz Pərvin olub. İntihar edən gəncin 5 müxtəlif banka kredit borcu olub. İntiharın da bu səbəbdən baş verdiyi ehtimal edilir.
Ev tikdirən subay gənc kreditə elə tikinti xərclərini qarşılamaq üçün müraciət edib.
Xatırladaq ki, Pərvin Ağayevin cəsədi Səbail rayonunun ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr sola, nəzarətsiz ərazidə (batdığı yerdə) tapılaraq aidiyyəti üzrə təhvil verilib.
“Qafqazinfo” Pərvin Ağayevin fotolarını təqdim edir:
[media=https://youtu.be/VEY3x8XTvrc]
[media=https://youtu.be/m5AYTxk7tiI]
Xəbəri paylaş
9908 dəfə oxunub.
Digər xəbərlər

29-07-2015, 02:00
Azisin ilk klipi - hardan haraya?.. - VİDEO
29-06-2021, 11:39
Çox tərləyənlər üçün - Pis qoxunu aparan TƏBİİ VASİTƏLƏR
12-06-2015, 14:29
Aldatmaq kişilərin təbiətində var, hər qadına xəyanət edilir.
28-03-2018, 12:27
“Hafiz Hacıyevdən xahiş etmişəm ki...” - Əli Həsənov
11-02-2018, 12:46
Aqil Acalov:Alpaqut Federasiyasından niyə istefa verdi?
18-12-2016, 16:17
Azərbaycanlı kişi xoruzu əhilləşdirdi: Hoppan deyəndə hoppanır, banla deyəndə banlayır - VİDEO
19-04-2021, 09:56
Maska taxan xanımların DİQQƏTİNƏ: Qətiyyən bunu etməyin!
31-12-2016, 12:12
Azərbaycanlı model "O səs Türkiyə"də - video
10-01-2023, 13:17
"Aqroservis" ASC-də narazılıqlar yaşanır -Regional idarənin rəisinə töhmət verilib