Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayatılar
Tarix: 24-03-2015 | Saat: 15:26
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Bayatılar
Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür. Sarı Aşıqın bayatıları məşhurdur. Bayatı janrından klassik və müasir yazılı ədəbiyyatda da istifadə edilmişdir. Bir sıra türkdilli xalqlarda da bayatıya uyğun şeirr formaları mövcuddur. Buna İraqda xoyratları misal göstərmək olar. [1] Bayatılar forma və məzmunça müəyyən mənada, çastuşkalara yaxındır.

Axşamlar, ay axşamlar,
Şamlar yanar axşamlar.
Yerli evinə gedər,
Qərib harda axşamlar.

Saqqalıma dən düşüf,
Bilmirəm nədən düşüf?
Aləmə qız paylanır,
Mənəsə nənəm düşüf.

O da yandırır məni,
Bu da yandırır məni.
Deyirlər ki sərindir,
Su da yandırır məni.

Əlifnazam mən-mən
Topuxbazam mən-mən.
On iki kişiyə getdim,
Yenə də qızam mən- mən

Şirinlərin şiriniyəm,
Acıların acısıyam.
Kimin bacısı yoxsa,
Mən onun bacısıyam.

A gəlin, nazlı gəlin,
Ördəkli-qazlı gəlin.
Top-tüfəngin yaxşıdı,
Barıtı azdı gəlin.

Bir quş gəlir Ağdaşdan,
Xəbər verir qardaşdan.
Qardaş doysa bacıdan,
Bacı doymaz qardaşdan.

Allah, məni xar eləmə
Qulağımı kar eləmə
İnkir-Minkir gələndə
Dilimi lal eləmə .

Əzizim, ay şəkərsən,
Həm qəndsən, həm şəkərsən.
Bir quru canım qalıf,
Alarsan, əl çəkərsən.

O da məni,
Salmadı yada məni,
Əğyar girdi araya,
Satdılar yada məni.

Əzizim üzüm qara,
Bağımda üzüm qara,
Yar yanına gedirəm,
Əlim boş,üzüm qara.

Əziziyəm, incidi,
Mirvaridi, incidi.
Dodaqların bal-şəkər,
Dişlərin dürr, incidi.

Mən aşiq bəndə düşər,
Çay gələr bəndə düşər.
Dostunu darda atan
Özü kəməndə düşər.

Mən aşiq dəstə-dəstə,
Durnalar dəstə-dəstə.
Qasid, dilin qurusun,
Düşübdür yarım xəstə.

Əzizim, ayaz olmaz,
Buluddur ayaz olmaz.
Mən ki qəm oylağıyam,
Qəm məndən ayaz olmaz

Əzizim, dolu gözlər,
Göy kişnər, dolu gözlər.
Mənə derlər ağlama,
Durarmı dolu gözlər

Əzizim, Alı mindi,
Düratı Alı mindi.
Koroğlu təki mən də,
Yar, qadan alım indi

Əzizim, ayaq sudan,
Üzər hey, ayaq sudan
Yarımı suda gördüm,
Kəsmərəm ayaq sudan.

Əzizinəm, gül, evin,
Gül qönçəli, gül evin.
Allah ilə qonşudur,
Peyğəmbərlən, bil evin.

Aşiqəm, ta İraqa,
Xoş gəldin ta İraqa.
Dost-dostun qədrini bilməz
Düşməsə ta iraqa.

Qaya tək buzlar gördüm,
Göydə ulduzlar gördüm,
Anasına oxşayan
Qoçaq, mərd qızlar gördüm.

Dağların qaşı sənsən
Dibinin daşı sənsən.
Eldə neçə igid var,
Hamının başı sənsən.

Bu yurdun tacı bağlar,
Meyvəsi acı bağlar,
Ağrısa qardaş başı,
Yenə də bacı bağlar.

Xəncər üstə qaş gəlir,
Qoşun başa-baş gəlir,
Qoşuna qurban olum,
İçində qardaş gəlir.


Xəbəri paylaş

1 6278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___