Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Komandayla bağlı qərar verməmişəm”- Öldürülən jurnalistin atası
Tarix: 09-08-2015 | Saat: 18:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Komandayla bağlı qərar verməmişəm”- Öldürülən jurnalistin atası


Döyülərək öldürülən jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev övlad itkisi ilə bağlı dərdini bölüşüb.


Xeberaz.az musavat.com-a istinadən xəbər verir ki, mərhum jurnalistin atası oğlunun vəziyyətinin qəfil dəyişdiyini bildirib:

“Mənə maraqlı olan o şəxslərin həbs edilməsidir. Komandaya qarşı atacağım addımlarla bağlı hələlik dəqiq qərar verməmişəm. Rasimin vəziyyəti elə də ağır deyildi. Yəni üzündə zədə izi yox idi. Kürəyində, bədənində ağrılar var idi. Sonra gecə xəbər gəldi ki, vəziyyəti ağırdır. Əməliyyat edilməlidir. Əməliyyat olundu və dalağı götürüldü. Amma faydası olmadı. Biz onu itirdik...”

Xatırladaq ki, Rasim Əliyev sonuncu müsahibəsində özünün “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirmişdi. Qarşı tərəf isə bu ittihamları əsassız sayır.

Hazırda məsələ ilə bağlı DİN və Baş Prokulorluq tərəfindən araşdırmalar aparılır.

***

M.Əliyev virtualaz.org saytının müxbiri ilə söhbətində deyib ki, dünən futbolçu Cavid Hüseynov da, “Qəbələ” klubunun meneceri də xəstəxanaya gediblər: “Aralarında nə danışıq olduğunu bilmirəm. Oğlumu döyənlər Razin (Bakıxanov qəsəbəsi-red.) uşaqları olub. Döyənlərdən biri də Cavidin bibisi oğlu olub. Oğlum evdən çıxanda anasına deyib ki, Razin uşaqları gəlib, onlarla söhbət etməyə gedirəm. Həmin uşaqlar “Qəbələ” klubunun azarkeşləri olub".


Xəbəri paylaş

7218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___