Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyənin İŞİD məqsədi
Tarix: 09-08-2015 | Saat: 15:44
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Türkiyənin İŞİD məqsədi
Rəsmi Ankaranın bu qərar dəyişikliyinin üç səbəbi var.
İllərlə razılığa gələ bilməyən ABŞ və Türkiyə Suriyada birgə mübarizə aparmağa hazırlaşır. Türkiyə apardığı siyasətdə böyük dəyişiklik edərək ölkənin cənubundakı hərbi hava bazalarını İŞİD terrorçu qruplaşmasına qarşı mübarizədə ABŞ-ın hərbi hava qüvvələrinə açacağını elan etdi.

Türkiyə hərbi hava qüvvələri də iyul ayının 28-i qruplaşmanın Suriya daxilində üç mövqeyinə zərbə vurmaqla İŞİD hədəflərinə hücum etməyə başlayıb. ABŞ və Türkiyənin məqsədi İŞİD-i Türkiyə ilə sərhəd boyu uzanan ərazilərdən çıxarmaqdır. Türkiyə rəsmiləri “The New York Times” qəzetinə bildiriblər ki, həmin ərazidə yaşayan vətənlərindən qovulmuş suriyalılar üçün “təhlükəsizlik zonası” yaradılması haqqında düşünürlər.

Bu, Obama administrasiyasının Suriyada yeritdiyi siyasətə qarşı açıq şəkildə müxalif olduğunu bildirməsə də, istəksiz tərəfdaş olan Ankara üçün kəskin bir dönüşdür. Türklər və amerikalılar arasında əsas təhlükənin hansı olduğu barədə uzun müddət fikir ayrılığı olub: ABŞ üçün İŞİD, Türkiyə üçün Dəməşqdə Bəşər Əsəd rejimi.


İŞİD Suriyada Bəşər Əsədin əsgərləri ilə döyüşür.

Bu dəyişikliyə təkan verən əsas amil iyulun 20-si Suruç rayonunda əksəriyyəti gənc fəallar olan 32 nəfərin həlak olması ilə nəticələnən hücum imiş kimi görünsə də, Türkiyə bu hadisədən əvvəl koalisiyaya qoşulmaqdan başqa seçimi olmadığı qənaətinə gəlmişdi. Türkiyə hökuməti hələ hücumdan əvvəl, iyulun əvvəlində islamçı radikalların həbs edilmələri üçün hərtərəfli reydlər başlatmışdı. Koalisiyaya qoşulmağa rəsmi şəkildə razılıq verilməsi haqqında qərar ABŞ-ın müdafiə katibinin müavini Kristin Uormut və İŞİD-ə qarşı koalisiya üzrə xüsusi elçisi Con Allenin Ankaraya rəsmi səfəri zamanı dəqiqləşdi.

Türkiyənin bu qərar dəyişikliyinin üç səbəbi var. Birincisi Türkiyənin ABŞ-la əlaqələrinin getdikcə pisləşməsidir. İkincisi odur ki, ABŞ-ın Suriya kürdləri ilə əlaqələrinin artması Ankaranı qorxuya saldı və üçüncüsü, türklər başa düşdülər ki, İŞİD onlar üçün də təhlükə təşkil edən bir təşkilata çevrilib.


Suruç rayonunda partlayış baş verən an

Bu qərarın verilməsindən əvvəl Türkiyə-ABŞ əlaqələri olduqca pis həddə çatmışdı, Barak Obama Türkiyənin İŞİD-ə qarşı mübarizədə kifayət qədər qətiyyətli olmamasından şikayətlənir və dünyanın hər yerindən Suriyaya gedən cihadçılara açıq qapı olmasını xüsusilə tənqid edirdi. Türkiyənin cənubunda, Suriya ilə sərhəddən yalnız 60 mil aralıda yerləşən İncirlik hərbi hava bazasına girişi olmayan koalisiya Fars körfəzindən uçmalı olurdu, bu da çevik düşmənə cəld cavab verilməsini çətinləşdirirdi. Həmin vaxt Rəcəb Tayyip Ərdoğan və Türkiyə mətbuatı Obamanın Suriyadakı strategiyalarını qınayırdı.

2014-cü ilin oktyabrında ABŞ-ın Kobani şəhərində İŞİD tərəfindən mühasirəyə alınmış Suriya kürdlərinə yardım etmək qərarına şübhəli yanaşan Ərdoğan ABŞ-ın yeganə marağının maddi qazanc olduğuna eyham vuraraq demişdi: “Kobanidə nə var axı? Neft? Qızıl? Almaz?”

Əslində Türkiyənin ABŞ-la əməkdaşlıq etməmək siyasətini yenidən düşünməsinə ABŞ-ın Suriya kürdlərinə kömək etmək və onlarla İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq etmək qərarı oldu. Suriya kürdləri də ABŞ-ın hərbi hava dəstəyi ilə İD-yə güclü zərbələr vura bilən yeganə hərbi qüvvə olub. Türkiyə isə bu əməkdaşlığa kürd üsyançılara qarşı 30 il apardığı mübarizə prizmasından baxır.


ABŞ və Türkiyə prezidentləri Barak Obama, Rəcəb Tayyib Ərdoğan

Əhalinin 10-12 faizini təmsil edən və ata-baba torpaqları Türkiyə ilə sərhəddə yerləşən Suriya kürdlərinə Demokratik Birlik Partiyası (PYD) rəhbərlik edir. Bu partiya türk-kürd üsyançı qrupunun, Kürd Fəhlə Partiyasının (PKK) bir qoludur. Həm Türkiyə, həm də ABŞ tərəfindən terror təşkilatı hesab olunan PKK 1984-cü ildən bu yana Türkiyəyə qarşı savaşır. Türkiyə Demokratik Birlik Partiyasını terror təşkilatı hesab etsə də, ABŞ bu partiya ilə açıq şəkildə əməkdaşlıq edir.

Türkiyə hökuməti ölkə daxilində kürd problemlini dinc yolla həll etməyə çalışsa da, Suriyada baş verənlər, Türkiyənin Suriya kürdlərinə yardım etməyi rədd etməsi və iyun ayında keçirilən seçki kampaniyası sülh danışıqlarına zərbə vurdu. PKK-nın Suruçdakı hücuma görə Ərdoğan hökumətini günahlandıraraq qisas almaq üçün iki türk polisini qətlə yetirməsi işləri daha da pisləşdirdi. Nəticədə yaranan gərginlik hökumətə ölkədəki yüzlərlə kürd fəalı həbs etmək üçün fəaliyyətə başlamaq imkanı verdi. Münaqişə iyulun 28-i Ərdoğanın PKK ilə sülh prosesini dayandırması ilə ən yüksək zirvəyə çatdı.

ABŞ-ın Suriya kürdləri ilə əməkdaşlığı Türkiyənin gözlədiyindən də irəli getdi. Belə ki, ABŞ PYD-nin hərbi hava qüvvəsi kimi çıxış etməyə başlamaqla qalmadı, ABŞ hərbisi PYD döyüşçüləri ilə birləşdi və hətta PYD rəsmisinə İraqın şimalında yerləşən Ərbil şəhərində əməliyyatlar mərkəzində oturmaq təklif edildi. Suriyanın digər heç bir üsyançı qrupuna belə imkanlar verilməmişdir.


PKK terrorçuları düşərgədə

İŞİD və Suriyanın digər cihadçı üsyan qruplarının illərlə əlində olan sərbəstlik o deməkdir ki, bu qrup Türkiyədə özünə dərin bir əsas hazırlayıb. Suriya cihadına qoşulmaq ümidilə İstanbula gələn xaricilər gizli şəkildə sərhədə aparılır, məqsəd və ambisiyalarını gizlətməyən İŞİD tərəfdarları da cəzasız qalırdı. Türklər özləri də İŞİD sıralarına qoşulmuş və sərhədə qayıdıb bomba hücumları törədərək böyük zərərlər veriblər. Bütün bunlar İŞİD-i Türkiyəyə qarşı yeni və təhlükəli bir qrupa çevirdi.

Ancaq Türkiyənin siyasətindəki dəyişiklik ilk növbədə Vaşinqtona yönəlib, pozulmaqda olan ABŞ-Türkiyə əlaqələrini yaxşılaşdırmaq və ABŞ-PYD əməkdaşlığının daha da güclənməsinə imkan verməmək məqsədi daşıyır.

Həm Suriya, həm də kürd məsələsi Türkiyədə böyük qarşıdurmaya səbəb olur. Ölkə hal-hazırda İslam dövləti tərəfdən hücum və kürd əhalisi arasında qarışıqlıq riski ilə üz-üzədir. Türkiyənin ABŞ-la əməkdaşlığa başlamaqla və Suriya ilə ölkə daxilində kürdlərə qarşı yönələn mürəkkəb strategiyası yaxın günlərdə sınaqdan keçəcək.


Xəbəri paylaş

7308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___