Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Üçüncü Dünya Savaşı başlayıbmı?
Tarix: 08-08-2015 | Saat: 14:29
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Üçüncü Dünya Savaşı başlayıbmı?
Terrorun nə olduğunu hamı çox gözəl başa düşür. Xəbərlərdə, informasiya saytlarında, radioda gündəlik olaraq bu ada çox rast gəlmişik. Terroru yaradan səbəblər var. Bu baxımdan əgər terroru aradan qaldırmaq istəyiriksə, onu yaradan səbəbləri aradan qaldırmalıyıq. Məkan, silah, maliyyə dəstəyi olmadan belə qruplaşmalar heç zaman özü-özündən əmələ gələ bilməz.
Digər tərəfdən bir qruplaşmanın minlərlə tərəfdarı varsa, demək ortada narazılıq faktoru var. Belə aqressiv narazılıq əksər hallarda işğal nəticəsində yaranır. İnsanlar vətənlərinə, daha doğrusu, ailə və evlərinə birbaşa təhlükə yarandığı halda dərhal silaha əl atır. Tarixə nəzər salsaq, tərəflər arasında gedən döyüşlər zamanı bir ərazi işğal olunurdusa, fədai qrupları yaranır və işğalçıya qarşı mübarizəyə qalxırdı.
Bəzən bu mübarizə geniş vüsət alaraq sadə əhalinin də işğalçılara qarşı hamılıqla savaşına çevrilirdi. Qərb tarixinə baxdıqda görərik ki, ingilislər Şimali İrlandiyada, ispanlar isə Kataloniyada terrorla üz-üzə qalmışdılar. İkinci dünya savaşından isə başlayaraq müttəfiq ölkələrin yardımı ilə partizan savaşı geniş vüsət almışdır. Almanların işğal etdiyi zonalarda narazı əhalidən partizan qruplaşmalar təşkil edərək mübarizəyə qalxmışdır. Partizanlar müharibə bitənəcən faşist qüvvələrinə arxa cəbhədə zərbə endirirdi.
Bir daha qeyd etmək istəyərdim ki, bu partizan qüvvələrinə Sovetlərlə yanaşı müttəfiq qüvvələr də silahla, qidayla yardım edirdi. Yəni, müttəfiq ölkələr, kəndli əhalidən formalaşan partizanlara yardım etməsəydi, onların mübarizəsi effektiv olmazdı. Partizan müharibəsinin aparılması da xüsusi hərbi bilik və silah tələb edir ki, bunu da faşizmlə mübarizə aparan ölkələr xüsusi təhlükəsizlik qurumlarının yardımı ilə təmin edirdi.

Müasir dünyamıza baxdıqda da görürük ki, dünya heç də dəyişməyib və tarixin müxtəlif dönəmlərində olduğu kimi qüvvələr arasında mübarizə davam edir, güclü dövlətlər yenidən dünyanı öz aralarında bölmək istəyirlər. İkinci dünya müharibəsindən sonra dünya gücləri öz ərazilərində müharibələrin getməsini heç də düzgün olmadığını anlayaraq müharibələri digər ölkələrin ərazisində aparmağa başladı. 20-ci əsrdə şərqdə gedən proseslərə baxsaq, bunu çox gözəl anlamaq olar.

Kənar güc yerli qəbilələrin birinə hərbi yardım edərək onun hakimiyyətə gəlməsinə şərait yaradır və onların vasitəsilə öz maraqlarını regionda təmin etmiş olur. Soyuq Müharibə dönəmində ABŞ Vyetnama girəndə Sovetlər sosialit qüvvələrini dəstəkləyərək ABŞ-ın oradan çıxarılmasına səbəb oldu. Sovetlər Əfqanıstana girərkən isə qərb talibanı partizan qüvvələrini dəstəklədi və Sovetlərə qarşı mübarizədə onları az qala işğalçılara qarşı mübarizə aparan qəhrəman kimi təqdim edirdi.

Çox maraqlı haldır ki, 11 sentyabr hadisəsindən sonra taliban terrorçu kimi qəbul edildi və dünya qlobal baxımından terror müharibəsinə qədəm qoydu. Son bir neçə ildə terror təşkilatlarının sayının artmasını görürük və bu qüvvələr idən-ilə daha mütəşəkkil təşkil olunur, dünyada aparcı ölkələrinin ordularına az qala meydan oxuyur. Digər tərəfdən isə bu qüvvələr supergüclərin maraqlarının toqquşduğu regionlarda ortaya çıxır.

ATV.az-a açıqlama verən "Oğuz" müstəqil araşdırmaçılar qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bildirir ki, əslində istər postsovet, istərsə də Yaxın Şərqdə gedən münaqişələri vahid bir tablo olaraq nəzərdən keçirsək, üçüncu dünya müharibəsinin getdiyini deyə bilərik: “Çünki bu münaqişələrdə ya birbaşa, ya da dolayısı ilə iştirakçı olan ölkələrin sayı ən azından bunu deməyə əsas verir. Yaxın Şərqə gəldikdəsə, buranın uğrunda mübarizə tarix boyu həmişə gedib, indi də gedir ve gedəcək. Amma burda iştirakçı tərəf yalnız ABŞ və Rusiya deyil. Burada həm də bölgədəki güclər, məsələn İsrail, Türkiyə, Səudiyyə, İran var. Həmçinin burada kifayət qədər öz maraqlarını təmin etməyə çalışan Almaniya və onun timsalında Avropa var. Yəni, mübarizə soyuq savaş dönəmində olduğu kimi Qərb-Rusiya arasında getmir. Bu dövlətlərin isə hər birinin öz marağı var. Hədəflərə çatmaq üçün müxtəlif vasitələrdən, o cümlədən radikal qruplaşmalardan, siyasi-ideoloji cərəyanlardan və terror təşkilatlarından da geniş istifadə edilir. İndiki terror savaşlarını tarixdəki partizan savaşı ilə oxşar cəhətlərinə gəldikdəsə, hər bir hadisəyə və ya iştirakçlılara hansı tərəfin gözü ilə baxmaqdan asılıdır. Tamamilə düz deyirsiniz ki, taliban 80-ci illərdə Sovet işğalına qarşı mübarizə apardığı və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən tam dəstək gördüyü üçün bütün qərbin gözündə mücahid, partizan idilər. İndi isə onlar terrorçudurlar. Suriyada baş verən hadisələrə fikir versək, görərik ki, Azad Suriya Ordusu Türkiyə üşün mücahid vətənpərvərlər, İran üçün terrorçu qruplaşmadır. Hizbullah isə əksinə İran üçün mücahid təşkilat, Türkiyə üçün isə terrorçu qrupdur. Yəni, hər şey hansı maraqların kontekstindən yanaşmasından asılıdır”.

Ekspertimizin də bildirdiyi kimi Yaxın Şərqdə gedən döyüşlərdə kimin terrorçu, kimin haqqın tərəfdarı mücahid olduğunu demək çox qəlizdir.

Çünki bu savaşda haqq, ədalətin yox, sadəcə maraqların savaşı var. Hər bir ölkə regionun təbii zəngin qaynaqlarını ələ keçirmək üçün daha da fəallaşaraq mübarizəsini aparır. Amma digər tərəfdən siyasəti bir qırağa qoysaq və hadisələrə insanlıq konteksindən yanaşsaq görərik ki, bu radikallaşmadan, terrorçulaşmadan ən çox əziyyət çəkən elə sadə vətəndaşlardır. Digər tərəfdən də bütün qruplaşmalar öz əməllərini Allahın adı ilə bağlasalar da, heç bir din uşağın, ahılın, qadının ölümünü dəstəkləmir. İslamiyyətdə bu əməl qəti surətdə pislənir.

Hətta peyğəmbər əfəndimiz döyüşlərdə tarladakı əkinçiyə, şəhərdəki fəhləyə, qadına, qocaya, uşağa toxunmamağı tapşırmışdı. Yaxın şərqdə gedən savaşı dinlə bağlayanlar islamı bizə çatdıran peyğəmbər yolundan nə qədər aşdıqlarının fərqindədirlərmi?


Xəbəri paylaş

6828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___