Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Metroda yeni kartların istifadəsinə başlanıldı - FOTOLAR
Tarix: 08-08-2015 | Saat: 11:12
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Metroda yeni kartların istifadəsinə başlanıldı - FOTOLAR
Köhnə kartın qiyməti balansa yüklənir.
Avqustun 8-dən etibarən Bakı Metropoliteninin stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi “BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartların istifadəsinə başlanılıb.

ATV.az xəbər verir ki, avqust ayının 15-dək həm “Bakıkart”, həm də köhnə “Metrokart” satışda olacaq.

Həmin tarixdən etibarən köhnə kartların satışı, eyni zamanda balans yükləməsi dayandırılacaq. Sentyabrın 30-dək köhnə metrokartın istifadəsi mümkün olacaq. Həmin tarixdən etibarən köhnə kartlar ümumiyyətlə ləğv olunacaq

“Plastik “BakıKart” qiyməti 2 manatdır. Həmin pul kartın balansına yüklənir. Kart geri qaytarılmır. “BakıKart Məhdud istifadə üçün” kağızdan hazırlanıb və onunla maksimum 4 gediş mümkündür. İstifadədən sonra həmin kartı atmaq olar. Kağız metro kartı Bakıya müvvəqqəti olaraq gələn qonaqlar üçün istifadəyə veriləcək və onun qiyməti 20 qəpikdir.

Qeyd edək ki, sərnişinlər avqustun 8-dən sonra köhnə kartdan istifadə etmək istəmədikdə, həmin kartın 2 manat təşkil edən depozit məbləğini və balansındakı yeni vəsaiti “Bakıkarta” yükləyə bilərlər. Köhnə metro kartı ilə bərabər “Bakıkart”ı xəzinədara təqdim edirsiniz və xəzinədar köhnə kartın balansı ilə depozit məbləğini yeni “Bakıkarta” yükləyəcək.




Xəbəri paylaş

6638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___