Bakıda piyada keçidi yandı - FOTO
Tarix: 07-08-2015 | Saat: 16:21
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ötən gecə Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə Atatürk prospekti arasında olan hissəsində yerləşən yerüstü piyada keçidində yanğın baş verib. Piyada keçidində yanğın baş vermiş avtomobil qəzası zamanı yaranıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sözügedən prospektin əsas yolundan yan yoluna, Atatürk prospektinə doğru keçmək istəyərkən sürücü idarəetməni itirərək avtomobilini əvvəlcə yolayrıcında olan səki daşlarına, daha sonra isə yerüstü piyada keçidinin qarşısında yerləşən avtobus dayanacağına və işıq dirəyinə çırpıb. Zərbə nəticəsində avtomobil yanmağa başlayıb. Yanğın qısa müddət ərzində piyada keçidinə də keçib. Əraziyə çağırılan Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisəyə tez bir zamanda müdaxilə edərək alovun qarşısını alıblar.
Bədbəxt hadisə zamanı yerüstü piyada keçidinin bir hissəsinin üzlüyü, dam örtüyü və metal konstruksiyaları, həmçinin girişdə olan eskalatorların bir hissəsi yanaraq sıradan çıxıb. Bundan başqa, qəza zamanı piyada keçidinin pilləkənlərinin mərmər üzlükləri və səki daşları qırılaraq yararsız hala düşüb.
Xəbəri paylaş
6698 dəfə oxunub.
Digər xəbərlər

12-03-2015, 22:47
Əsil yetənək budur izləyin.
7-03-2021, 10:11
Şəhid polkovnik-leytenantın ailəsi bu uçuq daxmada yaşayır… - FOTO
13-11-2023, 10:45
Parkda qadına söz atan Aşıq Namiq döyüldü
4-01-2016, 22:12
Xınalıqda qar məktəb binasının damını çökdürüb - FOTO
16-11-2020, 18:13
Araikin şok yazışması: Bu şəhəri məhv edək…
23-08-2017, 10:48
Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür
28-04-2015, 15:23
Zərdabda qaynı tərfindən döyülən yeznə öldü
30-05-2017, 23:49
Ramazan ayının əvəzolunmaz təamı - Xurma haqqında