Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İran generalının gizli Moskva səfəri - Qərb kəşfiyyatı detalları açıqladı
Tarix: 07-08-2015 | Saat: 12:56
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

İran generalının gizli Moskva səfəri - Qərb kəşfiyyatı detalları açıqladı
İranın "Qüds qüvvələri" korpusunun komandiri general Qasım Süleymani iyulun 24-26-da Moskvaya gizli səfər edib.
Xeberaz.az “Foxnews”a istinadən verdiyi xəbərə görə, bu barədə Qərb kəşfiyyat dairələri məlumat yayıb.

Məlumatda bildirilir ki, səfər çərçivəsində Q. Süleymani Rusiya müdafiə naziri Sergey Şoyqu və prezident Vladimir Putinlə görüşüb. İranlı generalın apardığı danışıqların məzmunu məlum deyil. Diqqət çəkən məqamlardan biri odur ki, səfər BMT və Avropa İttifaqının İrana qoyulan silah embarqosunun 5 ildən sonra qaldırılacağı barədə məlumat yayıldıqdan sonraya təsadüf edib.

Xatırladaq ki, Q. Süleymani ABŞ terrorizmə dəstək verdiyi üçün 2005-ci ildə “qara siyahı”ya salınıb. 2011-ci ilin oktyabrında ABŞ Maliyyə Nazirliyi onu Vaşinqtonda yerləşən məşhur restoranlardan birində Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qarşı sui-qəsd təşkil etməkdə ittiham edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 1747 saylı qətnaməsi ilə Q. Süleymaninin İrandan çıxması qadağandır. Ona tranzit və səyahət imkanları tanıyan ölkələr sanksiyaların əleyhinə çıxmış sayılır. Nüvə razılaşması çərçivəsində Süleymani başda olmaqla, “Qüds qüvvələri”nə qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tutulsa da, Con Kerri və digər rəsmilər bu sanksiyaların qüvvədə qalacağını vurğulayıb.

Xatırladaq ki, “Qüds qüvvələri” korpusu İran İnqilab Keşikçiləri Korpusunun xarici qoludur. Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham olunan korpusun birbaşa İranın ali dini lideri Əli Xamneyiyə tabe olduğu deyilir.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___