Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qəbələ” bunu edə bildi. Klubumuz Avropa Liqasında "pley-offa"a vəsiqə qazandı
Tarix: 07-08-2015 | Saat: 10:32
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Qəbələ” bunu edə bildi. Klubumuz Avropa Liqasında "pley-offa"a vəsiqə qazandı

Bəli, “Qəbələ” bunu edə bildi. Klubumuz Avropa Liqasında "pley-offa"a vəsiqə qazandı. Lakin bu qələbə kluba çox baha başa gəldi desək, yanılmarıq.

Qələbə topunu vuran və artıq kiprlilərin qəniminə çevrilən Cavid Hüseynov növbəti oyunu buraxmalı olsa da, final fitindən sonra çox xoşbəxt görünüdü və yenə də kiprlilərə acıq verdi - bu dəfə onların gözü önündə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağını qaldırmaqla.

Yeri gəlmişkən, final fiti səslənənədək hec kəs bu anın nə vaxt olacağını bilmirdi, cünki köməkçi hakim əlavə vaxtı elan etmədi. Bu amil onsuzda gərgin keçən görüşü daha da gərginləşdirdi və komandaların oyunçuları sanki top uğrunda mübarizədə əlbəyaxa döyüşə köklənmişdilər. Yaxşı ki, emosiyalarını cilovlaya bilməyən futbolçularla yanaşı, meydanda soyuqqanlılarda az deyildi və onlar odun üstünə su tökməyi bacardılar. Nəticədə komandamız cəmi bir qırmızı kartla canını qurtardı.

Futbolçularımız qoldan sonra necə səbirsizliklə final fitini gözləyirdilərsə, jurnalistlərdə eynən mətbuat konfransını gözləyirdilər. Axı "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk ATV.az-a söz vermişdi ki, klub növbəti mərhələyə adlasa, “aerodtrom” kepkası ilə mətbuat konfransına çıxacaq.

Və ukraynalı mütəxəssiz vədinə əməl etdi - konfrans zalına daxil olarkən onun başınında kepka var idi. Lakin o sadə kepka idi - əsl “aerodrom” kepkasını isə o bu məqalənin müəllifindən aldı, cünkü o da vədin əməl olunması üçün mətbuat konfransına əlidolu gəlmişdi. Bu kiçik “barter əməliyyatından” sonra Qriqorçuk jurnalistlərin suallarını “aerodromla” cavablandırdı. Onun dəmək olar ki, hər bir açıqlaması maraqlı idi, amma ən maraqlısı gələcək rəqiblər barədə idi:

“Təəsüflər olsun ki, biz indi o səviyyədə deyilik ki, bizim üçün hansısa rəqib zəyif olsun. Onların hamısı güclü olacaq - ən azı ona görə ki, onların hamısı öz ölkələrinin çempionudur. Çempionlar isə zəyif olmur...”

Məşqçi reallığı görürsə, onu dilə gətirirsə, deməli ən azından o peşəkardır. Və çox sevindirici haldır ki, bu gün belə bir peşəkar dünənə qədər yalnız istirahət zonsı kimi tanınan şəhərin futbol klubunda çalışır.





Xəbəri paylaş

6448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___