Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın müxtəlif ölkələrinin ordularında böyük dözüm tələb edən təlimlər - FOTOLAR
Tarix: 05-08-2015 | Saat: 16:54
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Dünyanın müxtəlif ölkələrinin ordularında böyük dözüm tələb edən təlimlər - FOTOLAR
Həm fiziki, həm də psixoloji baxımdan dözümlü əsgərlər hazırlamaq üçün dünyanın müxtəlif ölkələrində ağır təlimlər keçirilir.

Hər bir ölkənin "universal" əsgər hazırlamaq üçün özünəməxsus təlim metodları var.

Sizə həmin təlim metodlarından bəzilərini təqdim edirik:

1Çin. Çin xalq ordusunun döyüşçüsü atəş və yanan tikanlı məftilin altı ilə sürünür.

2Çin. Polis akademiyasının kadetləri təbii fəlakət zonasında fəaliyyət bacarıqları təlimi üçün palçıqda təlim keçirlər.

3Çin. Əlbəyaxa hücum təlimi

4Çin. Su altında nəfəs saxlama təlimi

5Çin. Əsgərlər mənfi 30 dərəcə temperaturda açıq səma altında məşq edirlər.

6Cənubi Koreya. Xüsusi təyinat dəstəsinin üzvləri buzlu suda təlim keçirlər.

7Latviya. Kanadalı əsgər NATO təlimləri zamanı buzun altına enir.

8Cənubi Koreya. Koreya və ABŞ dəniz piyadaları dağlarda təlim keçirlər.

9Tayland. ABŞ dəniz piyadaları hər il keçirilən təlimlərdə taylandlı həmkarları ilə birlikdə. Təlim zamanı onlar kobra qanı içmək "şans"ı əldə edirlər.

10ABŞ. Xüsusi təyinatlı 10 qrup əsgərləri xüsusi təlim keçən itlə birgə paraşütlə atılırlar.

11Yaponiya. Özünümüdafiə qüvvələrinin əsgərləri hərbi əməliyyatlar zonasında yük vertolyotundan enişi məşq edirlər.

12Tayvan. Doqquz həftə davam edən "Amfibiya" təlim proqramından sonra kursant qarnı üstə bağlı əllərlə çıxıntılı mərcan və qayalar üzərində sürünür.

13Belarus. "Qırmızı beretlilər" xüsusi təyinatlı elit bölməyə daxil olmağa namizədlər son dərəcə çətin maneələr zolağından keçirlər.

14Belarus. Qırmızı beretli yanan beton bloku başı ilə sındırır.

15İsrail. Qolani briqadasından olan əsgərlər dözümlülük üzrə ixtisasartırma kursunu başa çatdırmaq üçün 43 kilometr qaçmalıdırlar.

16Qəzza sektoru. Əl-Əqsa fədailəri briqadasından olan fələstinli döyüşçülər İsrail əleyhinə məşqlərdə təlim keçirlər.

17İraq. İŞİD terror təşkilatına qarşı əsas hərəkət qüvvəsi olan şiə qüvvələrinin nümayəndəsi buraxılış mərasimində əlbəyaxa döyüş biliklərini nümayiş etdirir.

18İraq. Şiə milis akademiyasından buraxılışdan əvvəl səhrada final təlimi


Xəbəri paylaş

1 6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___