“Şokolad” kimi olmaq istəyənlərə tövsiyələr
Tarix: 04-08-2015 | Saat: 16:49
Bölmə:Karusel / Qadınlar / Maraqlı / M2 | çapa göndər
Lazımi dərəcədə Günəş vannası qəbul etmək dəriyə müsbət təsir göstərir. Xeberaz.az Qadinklubu.com-a istinadən bildirir ki, bəzi dəri xəstəlikləri zamanı dermatoloqlar hətta günəş vannası qəbul etməyi tövsiyə edirlər. Məlumdur ki, Günəş şüaları orqanizmi D vitamini ilə təmin edir, dərini yüngülcə dezinfeksiya edir və qurudur. Bu isə göbələk, irin və allergiya kimi dəri xəstəliklərinin müalicəsində kömək edir.
Günəş şüaları dəridəki qan damarlarını genişləndirərək hərarəti artırır, nəticədə orqanizm tərləyir. Tərləmə bədənin toksinlərdən təmizlənməsində çox önəmlidir. Beynin hormonal funksiyasının normal fəaliyyətini təmin edir.
Bundan başqa, qaralmış dəri daha sağlam və cazibəli görünür. Lakin “şokolad” olmaq üçün sağlamlığa ziyan vurmadan günəş vannası qəbulu qaydalarına riayət etmək lazımdır.
Axşamlar dəriniz yandığı üçün ağrıdan qovrulmaq istəmirsinizsə, günəşdən qoruyucu kremlər çəkin. Bədənə qoruyucu vasitələri, Günəşə çıxmazdan 30 dəqiqə əvvəl çəkmək lazımdır. Həmin məhsulların fəaliyyəti hovuzdan, dənizdən istifadə zamanı azaldığı üçün gün ərzində onları yeniləmək lazımdır.
Bədənin hər tərəfinin eyni dərəcədə qaralmasını istəyirsinizsə, bu halda orqanizmdə A, C, B vitamin qrupu və fol turşusu kifayət qədər olmalıdır. Bunu isə səfərə yollanmazdan 1-2 həftə əvvəlcədən etməlisiniz. Dərinin daha tünd çalar almasınız istəyirsinizsə, hər gün 1-2 stəkan ərik və ya kök şirəsi için.
Əgər siz qaydalara görə, günəş şüalarının ən qızğın vaxtında günəş vannası qəbul etməsəniz də, dəri onsuz da quruyur. Ona görə də, axşam onun qabıq verməməsi üçün mütləq nəmləndirici çəkin. Ən əsası isə 2 litr su içərək dərinin itirdiyi nəmi bərpa etməyi unutmayın.
Bütün hazırlıqlara baxmayaraq, yanmısınızsa, göynəyən bölgəyə kefir və ya xama çəkin. Yarım saat sonra isə yuyun.
Çiy kartof yanmış dərinin ağrısını yüngülləşdirir, qızartını aradan qaldırır. Bunun üçün kartofları tez-tez dəyişin. Lakin yanıqların yerində qabarlar yaranıbsa, yaralanmış sahəni bintlə sarıyın, həkimə müraciət edin.
Xəbəri paylaş
7318 dəfə oxunub.
Digər xəbərlər

12-03-2015, 17:25
Azərbaycanlı avtoritetin cinayətkar qrupunun 11 üzvü saxlanıldı
24-09-2020, 09:07
Paytaxtda kütləvi dava, bıçaqlananlar var
9-06-2016, 14:28
Çexiya: “Bu, Putin strategiyasının bir parçasıdır”
26-01-2016, 17:22
Konsert zamanı Cennifer Lopesin paltarı cırıldı – VİDEO
31-12-2015, 01:47
““Şadam ki, müəllif mənim qızım Leyladır” - İlham Əliyev+Fotolar
4-11-2016, 11:39
Son dəqiqə: Türkiyədə PARTLAYIŞ - VİDEO
30-07-2019, 17:43
Məzənnə dəyişdi?
25-07-2017, 12:16
Ərəb turistləri yenə də ilk sırada
4-11-2016, 18:32
Azərbaycanda yeni “Loris Parfum” mağazası açıldı - FOTO