Azərbaycanlı oğlan azyaşlı qızla cinsi əlaqədə oldu - Həbsə düşdü
Tarix: 04-08-2015 | Saat: 15:40
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Türkiyədə 14 yaşlı qızla internetdən tanış olub evlənmək üçün cinsi əlaqəyə girən azərbaycanlı həbs olunub.
Xeberaz.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Naxçıvan şəhərində yaşayan 26 yaşlı mühasib Əhməd Q. Adanada yaşayan 14 yaşındakı 8-ci sinif şagirdi ilə 1 il əvvəl internetdə tanış olub.
Bir müddət sonra Əhməd Adanaya gələrək qızla görüşüb. Əhməd evlənmək istədiyini deyib, ancaq qızının azyaşlı olduğunu deyən ana buna mane olub. Daha sonra münasibətlərini davam etdirən cütlük görüşmək qərarına gəlib və adanalı qız xalasıgilə getmək bəhanəsiylə evdən çıxıb.
İddiaya görə, qız Əhmədə cinsi əlaqəyə girsələr anasının evlənmələri üçün icazə vermək məcburiyyətində qalacağını deyib. Əhməd də bu təklifi qəbul edib. Hadisəni öyrənən ana qızından evə qayıtmasını istəyib və Əhmədi polisə şikayət edib.
Əhməd izahatında hər şeyi danışıb və qızın ona yaşının 18 dediyini vurğulayıb. Ailənin şikayəti əsasında 18 yaşından kiçik qızla cinsi əlaqədə olduğu üçün üçün Əhməd Q. saxlanılaraq həbsxanaya göndərilib.
Xəbəri paylaş
9118 dəfə oxunub.
Digər xəbərlər

25-02-2019, 18:51
Dövlətdən çoxuşaqlı ailələrə dəstək
31-07-2017, 11:37
Leyla Əliyeva Emin və Araz Ağalarovla bir arada - foto
18-03-2019, 16:23
Bayramda "ASAN xidmət” neçə gün işləməyəcək?
15-03-2018, 16:35
Bir stəkan südün içərisinə mixək atsanız... – BİLMƏDİYİNİZ FAYDALARI
16-02-2023, 14:53
Xoşqədəmdən yığılan müalicə pulunu verməməyi ilə bağlı iddialara CAVAB
12-03-2015, 18:30
Məşhur aparıcının uşaqlıq şəkilləri yayıldı – FOTO
29-11-2021, 13:48
BAKIDA ŞOK HADİSƏ: "Hicab geyinib, maşının nömrəsini dəyişib basqına getdilər" - TƏFƏRRÜAT
26-09-2019, 14:28
Azərbaycanda rəis nöqsanlara görə vəzifədən qovdular - FOTO
14-02-2016, 13:30
Məşhurların ən qısaömürlü nikahları