Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğandan ilginc müsahibə - Çox sirləri açdı
Tarix: 03-08-2015 | Saat: 13:01
Bölmə:Karusel / Siyasət / M2 / Müsahibə | çapa göndər

Ərdoğandan ilginc müsahibə - Çox sirləri açdı
Obama “Kobani 2 günə batacaq” dedi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin, İndoneziya və Pakistan səfərlərindən dönən zaman təyyarədə mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Türkiyə-ABŞ əlaqələrinin son vəziyyəti necədir? və yaxın dövrdə ABŞ-a səfər gözlənilirmi?

Hələ son qərarımızı verməmişik. Əgər Birləşmiş Millətlər Təşkilatının sentyabr ayında baş tutacaq baş assambleyasına qatılsaq, səfər gözlənilir.

Terrora güzəştə getməyimiz mümkü deyil

Hökumət daxilində təhlükəli anlar yaşanır. Bunların qarşısını almaq üçün bəzi addımlar atmalıyıq. Polislərimizi və əsgərlərimizi hədəf alan hücumlar, təhlükəsizlik nümayəndələrinin şəhid olunması Türkiyə dövlətini ciddi şəkildə bəzi addımlar atmağa vadar edir. Türkiyə Respublikası olaraq bu məsələdə qərarlıyıq: Tək millət, tək dövlət, tək vətən, tək bayraq mövzusunda güzəştə getməyimiz mümkün deyil. Baş verən hadisələr qarşısında səbr etmək mümkün deyil. DAİŞ və PKK daxil olmaqla terrorçulara qarşı təşkil etdiyimiz əməliyyatlara bağlı müttəfiqlərimizi və digər əlaqədar dövlətləri məlumantlandırdıq. Birləşmiş Millətlər Təşkilatı və NATO da xəbərdardır. Bütün dünya atdığımız addımlara qarşı hörmət etdiyini söyləyib. Dünyanın müxtəlif yerlərində Türkiyənin düşməni olan bəzi media orqanları var. Onların verdikləri dezinformasiyalar var. Amma təbii ki, biz onların qarşılarını ala bilmərik. Planımız nədisə, bu planımızı tətbiq etməyə davam edəcəyik. Terrorla birlikdə hərəkət edənlə,r buyursunlar terrorla birlikdə hərəkət etsinlər.

Telefonda mənə dedi

"Kobani batdı-batacaq" sözünüzü, bəziləri sanki buna sevinirmişik, kimi qarşılayıb

Kobaninin batmasını arzulamağımız mümkün deyil. Kobaninin batması nə Türkiyəyə, nə də bizə bir şey qazandırmaz. Necə ki Kobaninin batmasını istəmədiyimiz üçün Azad Suriya Ordusunun (OSO) və Peşmərgələrin Kobaninin köməyinə çatmalarına imkan yaratdıq . Bütün bunları Kobani məhv olmasın deyə, etdik.

Türkiyənin PYD mövzusundakı rəftarına qarşı deyirlər ki, ABŞ-ın PYD ilə strateji müttəfiqdir. Bu vəziyyət Türkiyənin PKK ilə mübarizəsinə və təhlükəsizlik anlayışına necə təsir edir?

Bu mövzu Kobaninin ilə DAİŞ-lə qarşıdurmaların yaşandığı müddətdə, Obamayla telefon danışığı zamanı gündəmə gəlib. Obama, "Kobani 2 gün dözməz, bata bilər" dedi. Mən də ona, 200 minə yaxın kobanilinin bizim ölkəmizdə olduğunu xatırladaraq, orada yalnız 3 minə yaxın döyüşçü olduğunu dedim.

Türkiyənin bu müddətdə Bərzanidən hər hansı bir istəyi var?

Xarici işlər nazirimiz Şimali İraqa gedib. Türkiyəyə qayıtdıqdan sonra məlumat alıb dəyərləndirəcəyik. Lakin müsbət istiqamətli olacağını düşünürəm.

İqtisadiyyatın pisləşəcəyi ilə bağlı bəzi narahatlıqlar var. Razısınız?

Mənim o istiqamətdə bir şübhəm yoxdur. Kiçik çətinlik yaşana bilər, amma siyasət sürətlə sağlam aparılsa, çox qısa zamanda Türkiyə özünə gələr və heç bir mənfi təsirdən söz gedə bilməz. Turizmə ciddi bir təsir edəcəyini ehtimal etmirəm.

Türkiyə əsla 90-cı illərə geri dönməz

Son əməliyyatları "Təkrar 90- cı illərə geri dönmək" formasında şərh verənlər var.

Mən bununla razılaşmıram. Belə bir şeyin olması mümkün deyil. Bu ifadələri işlədənlərin zehni quruluşu əslində 90-cı illərdən daha geridədir. Artıq 90-cı illərin Türkiyəsi deyilik. Keçən ilin 10 avqustda ayında millətin səsləriylə seçilmiş bir prezident var. Prezidentinin da hökumətin də nələr edəcəyi qanunda bəllidir.

HDP ilə əlaqədar bağlanması müzakirələrinə nə deyirsiniz?

Partiyaların bağlanmasının heç bir zaman tərəfdarı olmadım. Nazirlik dövründə partiyaların bağlanılmasına son verəcək bir maddəyə də dəstək olduq. O maddəyə sıra gəldikdə isə təəssüflər olsun ki, CHP, MHP və (o zaman təbii HDP deyil, BDP idi) parlamenti tərk etdilər. Təəssüflər olsun ki, 3 - 5 millət vəkili yoldaşımız bizə xəyanət etdi. O maddə referenduma girsəydi, bu gün partiyaların bağlanılması mümkün olmazdı. Fiziki şəxs ilə hüquqi adamı ayırmaq lazımdır. Fiziki şəxs bir cinayət işləyirsə, əvəzini ödəməlidir. Hüquqi adamı cəzalandırmanın isə heç bir mənası olmaz. Bir partiya bağlanır, digəri açılır.

Uyğurlara birlik, bərabərlik tövsiyə etdim

Çinə səfərinizdə Uyğur Türkləri mövzusunda danışıqların nəticələri nə oldu?

Səfərimizdə Sincan Uyğur Muxtar Bölgəsi də gündəmə gəldi. Çinin bu mövzuda narahatlığı yalnız terrorla əlaqəlidir. Bəzi uyğurların DAİŞ-ə qatıldıqlarını bizlər də bilirik, bunu açıq-aydın söyləmək məcburiyyətindəyəm. Pekində Çin İslam Cəmiyyəti mənsublarıyla görüşüm oldu. Onları da dinlədik. "Bizdə 35 min məscid, 40 min də din xadimi var" dedilər. Mən də onlara "Çin bu gün dünyada ikinci sıradadır, amma 10-15 il sonra bəlkə də dünyada birinci sıraya yüksələcək. Sizlər belə bir güclü bir ölkənin vətəndaşı, xalqı mövqeyindəsiniz. Təbii olaraq birlik içində olmağa əhəmiyyət verməlisiniz " dedim. Səmimiyyətimiz və danışıqlarımız Çin tərəfindən də məmnuniyyətlə qarşılandı.

İndoneziyaya səfərinizi necə dəyərləndirirsiniz?

Mədəniyyət sahəsində Yunus Emre İnstitutunun İndoneziyada da qurularaq gücləndirilməsini onlara xüsusu olaraq təklif etdim. Bundan sonrakı müddətdə daimi olaraq ünsiyyətdə olacayıq. Ölkəmizdə maarif fondu qurulur. Maarif fondunun buradakı təhsil nazirliyi ilə bağlı müştərək addımlar atır. İş adamları ilə əlaqədar bəzi fəaliyyətlərimiz var. Bunları yazılı olaraq özlərinə böyük bir faylda təqdim etdik.


Xəbəri paylaş

7988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___