İŞİD 4 yaşlı uşağa anasını öldürməyi əmr etdi
Tarix: 03-08-2015 | Saat: 11:26
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
4 yaşındakı uşağa anasının başnı kəsmək tapşırıldı
İŞİD-in azyaşlı uşaqlardan ibarət kamikadze dəstələri hazırladığı haqda xəbərlər mətbuatda çıxmışdı.
Xeberaz.az Ölkə.az-a istinadən xəbər verir ki, İraqın Dohuk şəhərindəki düşərgələrdən birində qalan yezidi ailənin 4 yaşlı uşağına İŞİD yaraqlılarının öz anasını öldürmək təlimatı verdiyi ortaya çıxıb.
"Daily Mail" qəzetinə müsahibə verən uşağın anası Bohar adlı gənc qadın uşağının danışdıqlarını müxbirə anladıb. Qadın bir neçə ay ailəsindən ayrı, İŞİD nəzarətində olan bölgədə qalan uşağına yaraqlılar tərəfindən qılınc verildiyi və anasını öldürmək tapşırıldığını deyib. Bunları daha sonra İŞİD-in geri çəkilməsi ilə İraq ordusunun əkinə keçən şəhərdə tapılan və ailəsinə təhvil verilən 4 yaşlı uşaq anasına danışıb.
"Uşağımı yezidilərin kafir olduğuna inandıraraq məni və bütün qohumlarını öldürməyi tapşırıblar. 14 yaşlı böyük qızım, 12 yaşlı kiçik qızım və ortancıl oğlum İŞİD-in Sincara hücumu zamanı əsir düşüb və onları Rakkaya aparıblar. Onlardan heç bir xəbər ala bilmirəm", deyə yezidi qadın bildirib.
Ekspertlərin fikrincə hazırda İŞİD-in təlim düşərgələrində yüzlərlə azyaşlı uşağa yaraqlılar təlim keçərək onları kamikadzeyə çevirirlər və gələcəkdə bu bütün bölgə üçün böyük bir problemə çevriləcək.
Xəbəri paylaş
6328 dəfə oxunub.
Digər xəbərlər

16-07-2018, 18:35
"Həyatımda layiqli biri olanda..."-Könül
7-02-2019, 11:30
Bakıda bacı-qardaşa təcavüz edən manyaka 15 il cəza verildi
17-05-2022, 11:41
Parasetomol və Nimesil preparatlarının birlikdə istifadəsi ÖLÜM təhlükəsi yaradır - XƏBƏRDARLIQ
19-04-2022, 10:56
Bakı şəhərində 3000 –dən artıq müxtəlif növ şam ağacı kəsilib.
17-08-2017, 17:07
Arvadını döyən kişinin qulağını kəsdilər - AZƏRBAYCANDA KURYOZ
15-05-2016, 20:45
Beynəlxalq agentlikdən Ər-Riyada zərbə
28-08-2016, 20:30
Kişini qaşından tanı
1-09-2017, 11:09
“Qarabağ”dan yenilik: Biletlər necə satılacaq?
3-07-2015, 02:07
Putin Ruhani ilə görüşəcək