Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hərbi təlimdə helikopter qəzası (FOTO)
Tarix: 02-08-2015 | Saat: 21:03
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər

Hərbi təlimdə helikopter qəzası (FOTO)
Yaralı pilotun sözlərinə görə, qəzaya səbəb hidrogücləndirici sistemdə nasazlığın baş verməsi olub.
Rusiyanın Ryazan vilayətində keçirilən avia şou zamanı qəza baş verib. ANS PRESS-in məlumatına görə, Mi-28 hərbi helikopteri xüsusi hərbi elementi yerinə yetirən zaman yerə çırpılıb və alışmağa başlayıb. Helikopterdə olan pilotlardan biri - 45 yaşlı podpolkovnik zamanında katapultu açmayıb və həlak olub. Digər pilot isə xəstəxanaya yerləşdirilib.


Qəzaya düşən helikopterin pilotu xəstəxanaya aparılıb.



Mi-28 helikopteri yerə çırpılandan sonra alışmağa başlayıb.



Onun sözlərinə görə, hadisənin baş verməsinə səbəb hidrogücləndirici sistemdə nasazlıq olub. Dərhal hadisə yerinə tibb işçiləri və yanğınsödürənlər cəlb olunub. Bir neçə dəqiqə ərazində yanan helikopter söndürülüb. Hərbi Hava Qüvvələrinin komissiyası da qəzanın baş vermə səbəblərini araşdırır.

Qəza baş verən yerə tibb işçiləri və yanğınsödürənlər cəlb olunub.


Bildirilir ki, baş verən qəzadan sonra Ryazan vilayətində keçirilən "Aviadarts" şousu dayandırılıb. Diktor mikrofonla şounun bugünlük başa çatdığını elan edib.

Qeyd edək ki, Rusiyada təşkil edilən beynəlxalq "Aviadarts" müsabiqəsi ilk dəfə idi ki, keçirilirdi. Müsabiqədə Rusiya, Belorusiya, Qazaxstan və Çindən olan pilotlar və 60-dan çox təyyarə və helikopter iştirak edir.



Xəbəri paylaş

6958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___