Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ən məşhur kəndimiz sel sularına qərq oldu (VİDEO)
Tarix: 02-08-2015 | Saat: 20:59
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Ən məşhur kəndimiz sel sularına qərq oldu (VİDEO)
Güclü sel 30-40 tonluq daşları aşağı gətirərək yolları bağlayıb.
Qubanın Xınalıq kəndinə güclü sel düşüb.

ANS TV-nin məlumatına görə, əvvəl Xınalıqda hava çox isti olub, dağ günəşi adamı yandırırdı. Amma qəfildən güclü dolu yağması və az sonra güclü sel gəlməsi olduqca təəcübləndirib. Bir neçə dəqiqə əvvəl 32-33 dərəcəyə çatan istinin qəfildən güclü yaqış əvəz eləyib.

Az sonra kənd yolunda güclü sel görünüb. Hazırda Xınalıq kəndinin mərkəzindən güclu sel gedir. Sakinlərin sözlərinə görə, yay aylarında nadir hallarda yağışlar yağır, sel gəlir.

Kənd sakini Nəsimi Məmmədov bildirib ki, sel uzun sürən quraqlığın nəticəsidir. Digər kənd sakini Azər Qasımov isə deyir ki, ilk dəfədir bu cür nadir təbiət hadisəsinə rast gəlinir, axır 60 ildə belə sel görməyiblər.

Güclü sel ən azı 30-40 ton ağırlığında olan iri daşları aşağı gətirməsi səbəbindən kəndin yolu bağlanıb. Rayon mərkəzindən Xınalıqa getmuiş “Niva” markalı avtomobilin sürücüsü Aydin Murtuzov də hesab edir ki, tezliklə geri qayıda bilməyəcəklər: "Tezliklə sel suları azalmasa, bəlkə də, 1-2 sutka burda qalacağıq".

Möcüzə kimi isti havada üzünü surətlə göstərən dolu və güclü külək təxminən yarım saatdan sonra dayansa da, fəsadları özünü çox göstərib. Kəndarası yollar bərbad vəziyyətə düşüb. Güclü sel insanların fərdi təsərrufatına da ziyan vurub.

Təxminən 40 başa yaxın xırdabuynuzlu mal-qaranı su aparıb. Quba Fövqəladə Hallar Komissiyası lazımı tədbirlər görməyə başlayıb. Dağılmış yolu bərpa etmək, yolu təmizləmək üçün Nəqliyyat Nazirliyinin 6 saylı yol istismar idarəsinin texnikası Xınalıqa göndərilib.

Hazırda Xınalıq yollarında bərpa işləri aparılır, kəndə dəyən ziyanın həcmi dəqiqləşdirilir.


Xəbəri paylaş

7348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___