Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Anasının sözü ilə atasını öldürən gəncə hökm oxundu
Tarix: 31-07-2015 | Saat: 22:57
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Anasının sözü ilə atasını öldürən gəncə hökm oxundu
Oğul valideyninin meyitini tualetə atıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şamama Seyidova və Əmir Seyidovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Xeberaz.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Şamama Seyidova 15 il, Əmir Seyidov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi keçən il Xaçmaz rayonunda da baş verib. İtkin düşən 44 yaşlı Bünyat Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub.

Bünyat Seyidov təklülə tüfənglə qətlə yetirildikdən sonra həyat yoldaşı və oğlu tərəfindən xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb. Qətldə təqsirli bilinən hər iki şəxs həbs edilib.

Hadisənin üstü mərhumun qardaşlarının itkin düşməsi ilə bağlı müraciəti ilə əlaqədar aparılan araşdırmalar zamanı açılıb. İlkin dindirmə zamanı oğul qətli törətdiyini boynuna alsa da, mərhumun həyat yoldaşı qətldən xəbərsiz olduğunu bildirib.


Xəbəri paylaş

6588 dəfə oxunub.

Digər xəbərlər
16-08-2017, 12:05 "Qafqazinfo" 7-yə çatdı

bütün xəbərlər
____ Instagram ___