Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaur Svanadze "Atletik"ə meydan oxudu
Tarix: 31-07-2015 | Saat: 13:17
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Zaur Svanadze "Atletik"ə meydan oxudu
"Bacardığımızı etdik. Lakin rəqib çox güclü idi və "Atletik" layiqli qələbə qazandı".

Xeberaz.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının III təsnifat mərhələsində "Atletik"ə uduzduqları görüşdən (0:2) sonra deyib.

Komandasının mərhələ keçmək şansının az olduğunu deyən gürcüstanlı mütəxəssis eyni zamanda "Atletik"ə Bakıda çətin olacağını bildirib: "Bu məğlubiyyətdən sonra mərhələ keçmək şansımız azdır. Lakin bunun üçün əlimizdən gələni edəcəyik. Bəzi futbolçularım ilk dəfə idi ki, belə stadionda oynayırdı. Düşünürəm ki, onlar özlərini yaxşı tərəfdən göstərdilər. Cavab matçında atmosferin tamamilə başqa olacağını deyə bilərəm. Bakıda 40 dərəcə istidə və süni örtüklü meydanda oynamaq "Atletik"ə çətin olacaq".

Qeyd edək ki, "İnter" və "Atletik" arasına cavab görüşü avqustun 5-də, Bakıda keçiriləcək.


Xəbəri paylaş

5698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___