Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qonşumuzu İraqın taleyi gözləyir – Şok plan
Tarix: 31-07-2015 | Saat: 10:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Qonşumuzu İraqın taleyi gözləyir – Şok plan
“ABŞ İŞİD vasitəsilə İranı vurmaq istəyir. Bu ölkə çoxillik sanksiyalara baxmayaraq öz güclü ordusunu saxlamağı bacarıb. Tehran İraqın şiə hissəsində nəzarəti ələ ala və Suriyada rejimi saxlaya bilər. Amma qələbə itkilərlə mümkün ola bilər”.

Publika.az xəbər verir ki, Şərq əməkdaşlığı institutunun rəhbəri, İsrail eksperti Avrom Şmuleviç deyib.

Onun sözlərinə görə, 11 sentyabrından sonra Amerikaya əsasən xarici düşmən lazımdır: “Bu rolu İŞİD üzərinə götürə bilib. Lakin Vaşinqtonda “Əl-Qaidə” ilə bağlı səhvləri də unutmurlar. İndi tədricən idarəçilikdən çıxan İŞİD zərərsizləşdirmək üçün ABŞ-a regionda müttəfiqlər lazımdır. İranla razılaşmaların arxasında bu amil də dayanır. Yerusəlimdə və Vaşinqtonda əla anlayırlar ki, İran öz nüvə proqramlarından imtina etməyəcək. Bu sadəcə olaraq təhlükənin təxirə salınmasıdır. İrana da bu razılaşma dondurulmuş pulların geri alınması və neft bazarına daha rahat çıxış üçün lazımdır”.

İsrail eksperti hesab edir ki, ABŞ İŞİD-ə qarşı İran ordusuna yarım edə bilər: “Bu İran ordusunu gücləndirəcək, lakin paralel olaraq regiondakı digər ölkələr üçün real təhlükəyə çevriləcək. Yaxın Şərqdə ABŞ-ın əsas müttəfiqləri olan İsrail və Səudiyyə Ərəbistanı bunu anlayır, amma Ağ Evin indiki siyasətini qəbul etmirlər”.

Avrom Şmuleviçin fikrincə, İran indiki halda İŞİD-ə qarşı əməliyyatlara başlamayacaq. Onun sözlərinə görə, bu baş verərsə, o zaman Tehran regionda və dünyada mövqelərini möhkəmləndirəcək. İran İŞİD-ə qarşı əməliyyatlara başlasa, qənimət kimi İraqın şiə hissəsinə nəzarəti ələ alacaq və Suriya rejiminin saxlanılmasına çalışacaq”.

Lakin İsrail eksperti uzaq perspektivdə İranın İraqla eyni taleyi yaşamasını ehtimalının olduğunu bildirib.

“İranda mərkəzdənqaçma meylləri həmişə güclü olub. Bu hazırda sönük görünsə də, daima bu təhlükə var. Xüsusilə bəluclar və azərbaycanlılar öz müqəddəratını təyin etmə hüququnu həmişə ön planda saxlayıblar. Tehranın bütün cəhdləri orta müddətli perspektivdə İranın vahid dövlət kimi qalmasını təmin edəcək. Lakin zaman keçdikcə İran de-fakto olaraq İraqın taleyini yaşaya bilər”, - deyə ekspert vurğulayıb.


Xəbəri paylaş

7758 dəfə oxunub.

Digər xəbərlər
20-01-2022, 12:42 Qar yağacaq - PROQNOZ

bütün xəbərlər
____ Instagram ___