Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD üzvlərinin qadınlardan qorxmalarının sirri… - Video
Tarix: 30-07-2015 | Saat: 14:44
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər

İŞİD üzvlərinin qadınlardan qorxmalarının sirri… - Video

Suriyada İŞİD terror təşkilatına qarşı mübarizədə qadınlar da böyük rola malikdirlər

PYD-nin silahlı qanadı olan YPG-nin qadınlar təşkilatı olan YPJ üzvləri torpaqlarını qorumaq uğrunda evlərini, ailələrini atıb, döyüşə gediblər.

Musavat.com xəbər verir ki, bu gənc qadınlar arasında sadəcə, kürdlər deyil, ərəb, süryani, yezidi və xristian suriyalılar da var.

İŞİD-ə qarşı vuruşan qadın döyüşçülərdən biri adının gizli qalması şərtilə bu barədə danışıb: “YPJ-yə könüllü olaraq qatıldım. Ərəbləri xristianları və burada yaşayan hər kəsi qorumaq üçün gəldim. Ölkəmi və onun uğrunda döyüşən hər bir insanı müdafiə edəcəyəm”.



Onun fikrincə, qadınların döyüş qabiliyyəti kişilərdən daha effektivdir: “Kişi döyüşçülər fiziki olaraq, vuruşurlar. Qadın isə ağlı ilə və planlı bir şəkildə döyüşür. Yəni qadın silahı nə vaxt istifadə edəcəyini çox yaxşı bilir və təbiətən də müharibənin yol açtığı şiddətdən nifrət edir. Ancaq özümüzü müdafiə etməliyik. Nəticədə biz bu şəkildə böyüdülmüşük”.



Xanım döyüşçü Suriyanın şimal-şərqində yerləşən Hasekedəki savaş bölgəsində minlərlə qadının İŞİD silahlılarına qarşı kişilərlə çiyin-çiyinə vuruşduğunu bildirib: “Evdə olanda hər bir qız özü ilə daha çox maraqlanır. Cəbhəyə gəldiyimdə özümü çox fərqli hiss etdim. Böyüdüyümü hiss edirəm. Olanları daha yaxşı anlayıram, hər şeyi daha yaxşı idrak edirəm”.



Qadın döyüşçü, həmçinin “İŞİD-çılar qadınlar tərəfindən öldürüldükdə cənnətə getməyəcəklərinə inandıqları üçün qadın döyüşçülərin səsini eşidəndə belə, qorxuya düşürlər” - deyə qeyd edib.



Terror təşkilatı olan İŞİD işğal etdiyi bölgələrdə qanlı hücumlarına davam etməklə yanaşı, bu vaxta qədər çox sayda qadın və gənc qızları da qaçırıb. (musavat.com)




Xəbəri paylaş

7298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___