Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaponiyanın Osaka Universitetinin tədqiqatçılar qrupu dünyanın ən güclü lazerini yaratmağa nail olub
Tarix: 30-07-2015 | Saat: 14:26
Bölmə:Karusel / Maraqlı / Foto-fakt / Texnologiya | çapa göndər

Yaponiyanın Osaka Universitetinin tədqiqatçılar qrupu dünyanın ən güclü lazerini yaratmağa nail olub

İKT.lent.az-ın "CNews”a istinadən xəbərinə görə, lazerin buraxdığı şüanın gücü 2 petavatt təşkil edir.

“LFEX” (Laser for Fast Ignition Experiments) adlandırılan qurğunun uzunluğu 92 metrə çatır. Lazer güclü olmasına baxmayaraq, iş üçün enerjidən az istifadə edir. Qurğu bir neçə yüz couldan istifadə edir ki, bu da mikrodalğalı sobanın istifadə etdiyi enerjiyə bərabərdir. Lakin böyük gücə qurğunun generasiyasının az müddətli olması sayəsində nail olunur. Güc dedikdə, müəyyən müddət ərzində enerjinin sərf edilməsi başa düşülür. Təqdim olunan lazer yalnız 2 pikosaniyə ərzində davam edən şüanı generasiya edir və bu səbəbdən çıxış gücü də çox olur. Buna lazer axınının sürətləndiricisi qismində işləyən şüşə lampalar sayəsində nail olunur.

Yaponiya alimləri nailiyyətləri ilə kifayətlənməyərək gələcəkdə 10 petavatt gücündə lazer yaratmağı düşünürlər.


Xəbəri paylaş

6378 dəfə oxunub.

Digər xəbərlər
16-06-2016, 20:25 Moskvada terror həyəcanı

bütün xəbərlər
____ Instagram ___