Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda “avtoş” və qohumları polisə hücum edib maşınını əzdi
Tarix: 29-07-2015 | Saat: 22:17
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda “avtoş” və qohumları polisə hücum edib maşınını əzdi
Bu gün Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən sürücü və onun qohumları ilə yol polisi əməkdaşları arasında qarşıdurma yaranıb.

Xeberaz.az oxu.az-a istinadan xəbər verir ki, DİN-in mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov virtualaz.org saytına açıqlamasında faktı təsdiqləyib.

E.Zahidov bildirdi ki, bu gün - iyulun 29-da saat 11 radələrində Binəqədi rayonu ərazisində əvvəllər məhkum olunmuş Nurlan Manafov “Tofaş” markalı avtomobili idarə edərkən sürət həddini aşdığına və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyinə görə ərazidə xidmətdə olan yol-patrul xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib: “Polisin qanuni tələbinə məhəl qoymayan sürücü avtomobilin sürətini daha da artıraraq yol hərəkəti qaydalarını davamlı şəkildə pozmaqla digər hərəkət iştirakçıları üçün real qəza şəraiti yaradıb. O, avtoxuliqanlıq hərəkətlərini davam etdirərək Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki yeni yaşayış massivinə daxil olub.

Cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirməklə kobud qayda pozuntusu və avtoxuliqanlıq hərəkətləri törədən sürücünün məsuliyyətə cəlb edilməsi üçün qeyd edilən ünvana getmiş Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Nurlan Manafovun qohumlarının zor tətbiqi və kobud müdaxilələri ilə üzləşiblər. Əllərində müxtəlif kəsici və küt alətlər olan bir neçə şəxs xidməti vəzifələrinin icrasını həyata keçirən polis əməkdaşlarına qarşı zor tətbiq edərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, xidməti “BMW” markalı avtomobilə isə maddi ziyan vurublar”.

E.Zahidovun sözlərinə görə, dərhal görülən tədbirlər nəticəsində hadisənin iştirakçıları - əvvəllər məhkum olunmuşlar Nurlan Manafov və Vüsal Əliyev, eləcə də Teymur Əliyev, Rəcəb Manafov, Xatirə Əliyeva saxlanılıblar: “Müvafiq təlimata uyğun olaraq onlar xidməti “Fiat Doblo” markalı avtomobildə RPİ-yə aparılarkən Rəcəb Manafov qaçıb, Xatirə Əliyeva isə qaçmağa cəhd edərkən yıxılaraq xəsarət alıb”.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi qaldırılıb, araşdırmalar aparılır


Xəbəri paylaş

7588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___