Telman İsmayılovun “Mardan Palace” oteli müsadirə olunacaq
Tarix: 29-07-2015 | Saat: 16:53
Bölmə:Karusel / M2 / Ekskluziv | çapa göndər
Türkiyənin Antalyada şəhərindəki məşhur “Mardan Palace” oteli müsadirə olunacaq.
APA-nın Türkiyənin “Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, “Mardan Palace” hotelinin 2,2 milyon dollar borca görə müsadirə olunması haqda Antalyanın 6-cı İcra Dairəsində qərar çıxarılıb.
İstanbul Kadıköy 3-cü İcra Dairəsindən Antalya 6-cı İcra Dairəsinə göndərilən təlimatda “Art Decor” firmasına 2 milyon 254 min 898 türk lirası borca görə hotelin müsadirəsi tələb edilib. Müsadirə haqda qərar verilməsinə baxmayaraq, İstanbuldan təlimatın xərcləri ödənilmədiyi üçün müsadirə qərarı icra olunmur.
Qeyd edək ki, Antalya 4-cü İcra Dairəsi tərəfindən Türkiyə Xalq Bankının Adapazarı filialına 100 milyon dollar borca görə iyun ayında satışa çıxarılan “Mardan Palace” hoteli borcun 4 il ərzində 25 milyon dolların ödəniləcəyi ilə bağlı öhdəlik götürüb və müsadirə satış günü ləğv edilib. “Mardan Palace” hotelinin borcları ilə bağlı məhkəmələrdə ümumilikdə 67 iş mövcuddur.
Xatırladaq ki, “Mardan Palace” hoteli əslən Azərbaycandan olan rusiyalı iş adamı Telman İsmayılova məxsusdur. Hotelin tikintisinə 1,5 milyard dollar xərc çəkilib.
Xəbəri paylaş
6328 dəfə oxunub.
Digər xəbərlər

19-07-2015, 11:33
Rusiya əleyhinə etiraz aksiyası - Tiflis
22-02-2016, 10:13
Azərbaycan silah idxalına görə Avropada birinci oldu
1-03-2016, 15:45
6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu ilə bağlı – AÇIQLAMA
19-01-2018, 17:25
Emil Bədəlov bankrot oldu? – “100 minə yaxın...” - VİDEO
20-05-2015, 20:07
“Liverpul”un ən yaxşı futbolçusunu fitə basdılar
11-12-2018, 11:22
Azərbaycanda universitet rektoru 5 il müddətinə təyin ediləcək
29-04-2016, 21:08
Bakı küçələrində gəzən ayı belə tutuldu - VİDEO
20-05-2023, 11:07
Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixdən yay istiləri düşəcək - VİDEO
3-10-2015, 13:02
Qaxda nəhəng quş insanlara hücum etdi – FOTO
10-06-2016, 11:09
AMEA-nın bu müəssisəsi nazirliyə verildi