Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Günəşdən zərər görmüş dəri üçün MASKALAR
Tarix: 29-07-2015 | Saat: 13:54
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər

Günəşdən zərər görmüş dəri üçün MASKALAR
Bütün bir ilin yorğunluğunu atmaq üçün getdiyimiz tətildə ruhən yenilənsək də, bəzi mənfi təsirləri də olur. İsti yay günlərinin günəşi dərimizə zərər verərək canlılığını itirməsinə yol açır. Aile.lent.az günəşdən zərər görərək korlanmış, qurumuş, parlaqlığını itirmiş dərinin yenidən parlaq görünməsi üçün hər kəsin evdə asanlıqla tətbiq edə biləcəyi effektli maskalar təqdim edir.

Xiyar maskası – quru dərilər üçün: Bir xörək qaşığı qatıq, eyni miqdarda yulaf unu, bir çay qaşığı bal və bir orta boy xiyar. Bunları qarışdırıb qalın bir təbəqə halında dərinizə çəkin və 30 dəqiqə sonra ilıq su ilə yuyun.

Bal maskası - bütün dərilər üçün: Orqanik balı incə təbəqə şəklində dərinizə sürtün və 5 dəqiqə saxlayın. Əvvəl ilıq, sonra soyuq su ilə yuyun.

Qatıq maskası - yağlı dərilər üçün: Maya ilə qarışdırılmış bir stəkan qatığı dairəvi hərəkətlərlə üzünüzə çəkin. 5 dəqiqə sonra ilıq su ilə yuyun.

Banan maskası - gəncləşdirir: Bir ədəd bananı püre halına gətirin, nazik təbəqə halında üzünüzə çəkin. 10 dəqiqə sonra ilıq su ilə yuyun.

Avokado maskası – bütün növ dərilər üçün: - Yarım avokadonu püre halına salın və bir çay qaşığı bal əlavə edib üzünüzə çəkin. 15 dəqiqə qurumasını gözləyərkən gözlərinizə xiyar dilimləri qoyun. Əvvəl ilıq, sonra soyuq su ilə yuyun.

Yulaf unu maskası – yağlı dərilər üçün: 2 xörək qaşığı yulaf unu, bir çay qaşığı soda və xəmir halına gələnə qədər qaynadıb soyudulmuş su əlavə edin. Üzə dairəvi hərəkətlərlə sürtün. 10 dəqiqə sonra ilıq su ilə yuyun.

Limon suyu maskası – bütün növ dərilər üçün: Qara nöqtələri də azaldacaq. Yarım limon suyunu bir yumurta ağı ilə qarışdırın. Nazik təbəqə şəklində üzünüzə çəkin. Quruyanda sərtləşəcək. Bir gecə üzünüzdə saxlayın. Səhəri ilıq su ilə üzünüzü yuyun.

Banan və qatıq maskası – quru dərilər üçün: Püre halına gəlmiş yarım banan, bir çay qaşığı bal və yarım stəkan qatığı qarışdırıb üzünüzə çəkin. 10 dəqiqə sonra ilıq su ilə yuyun.


Xəbəri paylaş

8778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___