Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Yeyilən pulları mədələrindən qaytaracaqlar”
Tarix: 23-03-2015 | Saat: 21:06
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Yeyilən pulları mədələrindən qaytaracaqlar”
Millət vəkili Fazil Mustafa dünən axşamdan bəri yağan yağışın paytaxtda yaratdığı fəsadlardan yazıb.


Xeberaz.az xəbər verir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, F.Mustafa qeyd edib ki, Binəqədidən Məmmədəmin Rəsulzadə qəsəbəsinə gələn yolda yağış nəticəsində yaranan bir neçə kilometrlik üzgüçülük hovuzunda çox sayda Rusiya istehsalı maşınlar qalıb: “Sürücülər hətta yerə düşə bilmirdilər, çünki su maşının içinə dolurdu. Bəlkə də belə bir rəmzi məna çıxarmaq olar ki, Rusiya istehsalı olan düşüncə və anlayışlar da əvvəl-axır yollarda qalacaqdır. Ancaq belə yolları bu millətə rəva görənlər, insanlarımıza bu qədər mədəyə ötürülən vəsaitlə alt yapısız belə bir yolu sırıyanlar hamımızı yarı yolda qoyacaqlar.

Bir günlük yağış yağması nəticəsində gölə çevrilən bu cür yolları bu məzlum vətəndaşa sırıyanları bir-bir gətirib o gölün suyunu boğulana qədər içirtmək lazım. O zaman yeyilən bütün pulları mədələrindən geri qaytaracaqlar. Yağış da, qar da təbiətin gözəllikləridir, gör nə vəziyyətdəyik ki, yağış, qar yağanda küçələrdə necə yeriyəcəyimizi, necə maşın sürəcəyimizi düşünürük. Allah bizləri islah etsin!”


Xəbəri paylaş

7228 dəfə oxunub.

Digər xəbərlər
17-07-2015, 10:41 Cəbhədə gərgin gecə

bütün xəbərlər
____ Instagram ___