Azərbaycanlı fahişə Pakistanda həbsdən qaçdı, polis rəisi işdən çıxarıldı
Tarix: 29-07-2015 | Saat: 00:30
Bölmə:Karusel / Hadisə / Dünya / M2 | çapa göndər
Pakistan polisi bu ölkədə qeyri-leqal yaşayan və fahişəliklə məşğul olan iki Azərbaycan vətəndaşını saxlayıb. Lakin onlardan biri həbsdən qaçmağa müvəffəq olub.
Virtualaz.org saytı Pakistan KİV-lərinə istinadən xəbər verir ki, həbsdən qaçan şübhəli digər azərbaycanlı qadınla birlikdə İslamabaddakı evlərdən birində keçirilən reyd zamanı saxlanılıb.
İlkin dindirmə zamanı onlar pasport və Pakistan vizası kimi sənədləri təqdim edə bilməyiblər. Və polis onların Pakistanda nə axtardıqları barədə izahatlarından qane olmayıb.
Qadınlar sonrakı araşdırma və məhkəmə iddiasının qaldırılması üçün Kəraçi rayon (İslamabadda inzibati ərazi vahidi) polis idarəsinə aparılıblar. Orada onları qeydiyyat prosedurlarından sonra dəmir barmaqlıqlar arxasına salıblar.
Daha sonra polis müfəttişinin köməkçisi qadınları İslamabadın F-8 sektorundakı məhkəməyə aparıb. Qadınlar məhkəmədə ifadə verəndən sonra müfəttişin köməkçisi hansısa sənədin fotosurətini çıxarmaq üçün qadınları yaxınlıqdakı mağazaya aparıb. Bu vaxt polis əməkdaşının başı mağaza sahibi ilə söhbətə qarışıb və qadınların hər ikisi bunu görərək aradan çıxıb.
Polis qadınları itirdiyini görəndə onları axtarmağa başlayıb və birini tapıb. O biri qadının isə izini itirib.
Yüksək vəzifəli polislər bu insidentdən xəbər tutanda həmin polis əməkdaşı həbs edilib və barəsində cinayət işi qaldırılıb. Həmçinin Kəraçi rayon polisinin rəisi Xalid Avan işdən azad edilib.
Araşdırma zamanı məlum olub ki, həmin polis qadınları məhkəməyə şəxsi avtomobildə aparıb və qaydaları pozub. Həmçinin şübhəlilərə polis mühafizəsinin ayrılmasına dair təklifi qəbul etməyib və onların əlini qandallamayıb.
Xəbəri paylaş
5548 dəfə oxunub.
Digər xəbərlər

26-04-2017, 16:55
Dəbdəbəli toy edən idarə rəisi cəzalanacaq - Millət vəkili
3-11-2022, 12:21
Bakıda OLAY: Qadın evinə qonaq getdiyi kişini bıçaqladı
19-04-2017, 13:33
“Rixos Quba” oteli Məmmədovların əlindən alınır
18-06-2016, 17:06
Ştaynmayerin tənqidi Puşkovu sevindirdi
14-12-2016, 17:43
Parklanmada yeni QAYDALAR: Sürücülər cərimədən yayına bilməyəcəklər
13-01-2016, 00:42
Dollar qıtlığı bu vəziyyətə yol açıb - VİDEO
8-12-2015, 22:38
Suriyada 180 terrorçu təslim olub
8-06-2017, 13:46
Bu da Tarkanın yeni albomundan ilk tizer
24-04-2016, 12:32
Almaniyada Ərdoğanı təhqir edən siyasətçi saxlanıldı
2-05-2017, 17:49
Azərbaycanda qayınata gəlini evdən qovmaq üçün çılpaq gəzir