Qənirə Paşayeva Türk Dünyası gəncliyinə birlik və Qarabağ çağırışı edib
Tarix: 28-07-2015 | Saat: 15:04
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Türkiyədə Beynəlxalq Dədə Qorqud Beynəlxalq Festivalı çərçivəsində Beşpınarda çıxış edən millət vəkili Qənirə Paşayeva ziyalılara səslənərək ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq deyib.
Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva çıxışında Türk dünyasının ən böyük problemlərindən biri olan Qarabağ problemindən, Xocalı Soyqırımından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.
“Qarabağ probleminin həlli, qondarma erməni soyqırımı iddialarına qarşı sərt mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları Azərbaycana, Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna, öz evinə dönə bilməyən qaçqın və məcburi köçkün qardaş-bacılarımız mövzusuna daha həssas yanaşmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva Azərbaycanı, o cümlədən Qarabağ həqiqətlərini yerində görmək üçün tədbir iştirakçılarını ölkəmizə dəvət edib.
Azərbaycanın keçdiyi yol, bütün istiqamtətlərdə inkişafı, getdikcə daha da genişlənən Azərbaycan-Türkiyə münasibətləri barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva çıxışının sonunda isə inşallah Beynəlxalq Dədə Qorduq Festivalını gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək deyib. O, həmçinin tədbirin iştirakçılarına Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.
Xəbəri paylaş
1 1318 dəfə oxunub.
Digər xəbərlər

5-11-2021, 13:20
Bakıda "Milliön”dən 12 min manat oğurlandı - VİDEO
9-03-2016, 13:54
Donald Trump Miçiqan və Missisipidə qalib gəlib
24-03-2019, 13:42
ATV-nin aparıcısının evini yardılar - 37 minlik soyğun
22-11-2019, 18:23
Formadakı səhvə görə milli komandaya intizam işi açıldı - FOTO
23-06-2023, 13:19
Kredit borcu olanlar qurban kəsə bilməzlər? - AÇIQLAMA
22-02-2017, 21:31
Əhvalınız pisdir? - Elə isə meyvə yeyin...
13-02-2017, 18:27
Ədliyyə Nazirliyi haqqında Əsasnamə dəyişdirildi
15-03-2015, 10:59
Tənha kişilər üçün xüsusi “qadın”lar - FOTO (18+)
29-05-2019, 10:24
Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək
21-01-2019, 10:46
Nazir özünə yeni müşavir təyin etdi