Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu da son Türkiyə müharibəyə qalxdı
Tarix: 27-07-2015 | Saat: 13:03
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Bu da son Türkiyə müharibəyə qalxdı
CHP-nin məşhur bir millət vəkili var: Müharrəm İncə. Keçmiş zamanda bir maraqlı ifadə iştəmişdi, özü də Ərdoğanın gözünün içinə baxa-baxa: “Türkiyənin çivisi çıxmış, kimsənin aldırdığı yox”.

Bax, bu çivi - mismar yerini boş qoydu. Həmin boşluqdan sızan elementlər isə 80 miyonluq ölkənin yuxusunu haram etdi.

Bu gün türk xalqı gecəni evində rahat yata bilmir.

İstanbulun küçələri yüzlərlə üzüörtülü təxribatçılarla dolub-daşır. Türkiyə 40 min şəhidi verib, gündəmi Çözüm sürəci ilə qapamışdı.

AKP hakimiyyəti türkün qanını axıdan və Anadolunu qarış-qarış bombalara qərq edən terrorçuları masaya oturdaraq, başlarına “ağıl qoymağa” çalışdı.

Çox şey oldu, bitdi və Türkiyə üçün yeni bir enmə dövrü başladı.



Hər şey necə idi?

Türkiyədə baş verənlərin səbəbi bu ölkədən çox, onun xaricinə bağlı məsələdir.

Yəqin uzaq tarix deyil, çoxumuz unutmamışıq: Misirdə Mübarəkin, Tunisdə Bin Əlinin, Liviyada Mübarəkin devrilməsində Ərdoğan faktorunun gücünü.

Bir sözü ilə Misirdə xalqı ayağa qaldırdı və bir gecədə Mübarəki devirdi.

Eyni ssenari-Ərəb baharı adı ilə tanınır və 2011-ci ilin ilk ayından etibarən Suriyaya sıçardı.

Cəmi iki il əvvəl Türkiyə-Suriya sərhədd məntəqəsində Əsədlə poz verən Ərdoğan bir kəlmə ilə Türkiyənin yeni vizionunu çizdi.

“Əsəd getməlidir”, “Əsədin əli uşaqların qanına batıb...”.

Əsəd getdimi?

Suriya Orta şərq üçün əsil bataqlığa döndü.

İran, ABŞ, PKK, İŞİD, Türkiyə, Ərəblər, sünni, şiə və yüzlərlə terror təşkilatı iç-içə girdi.



Türkiyənin başabəla humanizmi

Suriyada müharibə başlayanda Türkiyə sərhəddi boyunca qaçqın axını baş verdi.

Ərdoğan administrasiyası BMT QİAŞ-in dəstəyi ilə və Əsədin özünə hesab ödətmək üçün sərhəddini açdı.

Üç il ərzində 3 milyondan çox suriya qaçqını Türkiyəyə yerləşdi.

Dövlətin ən böyük səhvi onları siyahıya almaması və kompakt yaşamalarını təmin etməməsi oldu. Ankaradan, İstanbula qədər hər yer qaçqın qaynayır.

Bax, bu qaçqınların içində sən demə, Türkiyəyə minlərlə terrorçu sızıbmış.

İL 2015...



Buna qədər Türkiyə nələrdə günahlandırılmadı ki?

Suriya iç müharibəsinin sonunda ortaya İŞİD adlı bir qurum çıxdı. Hər kəs bir-birini günahlandırdığı andan İŞİD ağır silahları ilə İraq və Suriyanın bir hissəsini işğal etdi.

Bəs görəsən adi terror təşkilatına bu qədər ağır silahları kim və necə ötürmüşdü?

Baş verən proseslərə Türkiyə seyrçi qaldı.

Sərhəddində baş verənlərə bulaşmayan dövlət ən son “Süleyman Şah” xatirə kompleksinə görə müharibəyə cəlb ediləcəkdi...

Amma dövlət buna getmədi və türbəni köçürüb, ölkənin 10 km-də saxladı.

İndi isə məlum olur ki, o zaman Ərdoğan hökümətini qorxaqlıqda günahlandırmaq əbəs imiş. Belə ki, türbəni partlatmağa və Türkiyəni İŞİD-dlə üz –üzə qoyan İrana agentlik edən fars-kürd əsilli əşirət döyüşçüləri imiş.

Türkiyədə bir də kürd problemini əhatə edən çözüm sürəci vardı.

Son günlər PKK –nın terror aktları bu sürəci rəsmən bitirdi. Əvəzində isə F-16-ların toxumlarını aldı.

İlk dörd zərbədən sonra PKK saz çalmağa və qardaşlıq bayramına çağırır)))

Qapalı dairə




İndi sizin üçün bir qapalı dairəni təsvir edəcəyik. Burda PKK, Qəndil, YPG, İŞİD, İran xəfiyyəsi və Əsəd agentləri + Türkiyə yer alır.

Türkiyə həm də daxili-siyasi arenada koalisiya qurmağa çalışır, amma heç kim AKP ilə ittifaqa girmir.

Mövcud durum hökumətsiz Türkiyə üçün əslində heç də qorxulu deyil. Çünki indiki durumda vəziyyət Türkiyənin siyasi hakimiyyətidən çıxıb və hərbi elitanın nəzarətinə keçib.

Xarici düşmənlər isə bunu şans hesa edərək Türkiyəni savaşa çəkməyə çalışırlar.

Türkiyə savaşa girərsə, nə olar?

2025-ci il planı nədir?

Təfərrüatlar dəqiq bilinməsə də Türkiyə və ətraf ölkələr üçün həmin ilin planı hazırdır.

Bu müddətdə Türkiyə savaşa girməli, həm PKK ilə YPG, həm İŞİD həm də daxili kamikadzelərlə savaşmalıdır.

Türkiyənin cənub şərqini qoparmaq və bölgədə yeni bir dövlət qurmaq...




NATO nə deyir?

Türkiyənin üzv olduğu NATO-nun təməl bir prinsipi var: -5-ci maddədə belə yazılır:

üzv ölkələrin biri təcavüzə məruz qalarsa, digər 27 üzv müdaxilə etməlidir.

Həftəsonu İstanbulda görüş var.

NATO üzvləri müşavirə keçirəcək. Türkiyəyə hərbi dəstək gəlməli və güman ki, İncirlik hərbi bazası bu ölkənin birbaşa istifadəsinə açılacaq. Bu isə Kiçik Asiyanın cənubunda böyük savaşın başlanması deməkdir.

Bu gecə yenə PKK və İŞİD mövqeləri bombalandı. Çünki Türkiyənin gözləmə mövqeyindəki səhvi ona baha oturdu. İndi ən optimal yol, preventiv zərbə ilə işi bitirməkdir.

Qoluna qüvvət, türk ulduzları!!!

Əziz Əlibəyli


Xəbəri paylaş

7798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___