Ana ölümü ilə bağlı cinayət işi başlanılıb
Tarix: 23-03-2015 | Saat: 12:48
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bakıda "Astoriya" Tibb Mərkəzində doğuş zamanı ana ölümü faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
E.Sultanovun sözlərinə görə, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İş üzrə zəruri istintaq tədbirləri aparılır.
Xatırladaq ki, martın 20-də Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. 29 yaşlı İlahə Musazadə "Astoriya" Tibb Mərkəzində doğuş zamanı ölüb.
Ana uşağı qeysəriyyə əməliyyatı zamanı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.
"Astoriya" Tibb Mərkəzindən hadisənin baş verdiyini təsdiqləyiblər. Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar.
Xəbəri paylaş
7588 dəfə oxunub.
Digər xəbərlər

3-04-2016, 12:47
Rusiya telekanalından Azərbaycana qarşı təxribat - video
24-07-2020, 17:12
Məşhur aktrisa 90 kq arıqladı - FOTOLAR
21-05-2017, 13:58
Göz rənginiz gələcək həyatınızdan xəbər verir
7-03-2019, 18:56
Qadınlar niyə kişilərdən dərin basdırılır?
27-11-2021, 12:05
Bakıda marşrut avtobusuna HÜCUM - Sürücünün başı partladı
3-12-2016, 11:00
Göyçayda tanınmış həkim özünü asıb-VIDEO
10-09-2016, 11:17
Həbsxanada doğulub "yoxa çıxan" uşaq ölübmüş - AÇIQLAMA
23-06-2015, 13:18
İrəvan dəhşətli dəqiqələr yaşadı (VİDEO, FOTO)