Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lezbiyan xilasedicini işdən çıxmağa məcbur etdilər - VİDEO - FOTOLAR
Tarix: 25-07-2015 | Saat: 16:06
Bölmə:Karusel / M2 / Ekskluziv | çapa göndər

Lezbiyan xilasedicini işdən çıxmağa məcbur etdilər - VİDEO - FOTOLAR
Rusiyada FHN-nin əməkdaşı 27 yaşlı İrina Belova öz “sevdiyi” xanımın soyadını götürdükdən sonra xidməti tərk etməli olub.

Xeberaz.az LifeNews-a istinadən xəbər verir ki, onun sözlərinə görə, hadisə idarə rəhbərlərinin narazılığına səbəb olub və qıza öz xahişi ilə işdən getməsinə dair ərizə yazmağı təklif ediblər.

“Mən bu addımı atanda problemlərin olacağını anlayırdım. Amma düşünürdüm ki, bunu yoluna qoyacağam. Çünki müdiriyyətlə münasibətlər yaxşı idi. Mən ki FHN formasında yaxama göyqurşağı bayrağını taxıb gəzməyi, formanın şərəf və ləyaqətini ayaq altına atmağı düşünmürdüm”,- İrina bu sözləri rəfiqəsi ilə söhbətdə deyib. Söhbətin yazısı LifeNews-un sərəncamına verilib.

Olqa Kislyakova ilə İrina 11 il öncə düşərgələrin birində tanış olub. Bu görüşə qədər qızlar oğlanlar ilə görüşürdülər, eyni cinsdən olan birinə aludəçilik hər ikisi üçün gözlənilməz olub.

“Biz görüşdük və elə birinci görüşdən aramızda qığılcım yarandı”, - İrina xatırlayır.

Sevgililər öncə valideynlərinin evində zaman keçiriblər, sonra bu, onlar üçün az olub və bərabər yaşamağı qərara alıblar. Bundan başqa, regional FHN idarəsində işləyən İrina öz sevgilisini də orda, amma başqa şöbədə işə düzəldir.

Familiyanı dəyişdirmək fikri ani olmayıb – qızlar öz münasibətlərini rəsmiləşdirmək barədə ciddi fikirləşiblər, amma məlum olduğu kimi Rusiyada eynicinsli nikahlar qadağandır, ona görə də İrina və Olqa öz ailələrini Avropa ölkələrinin birində qeydiyyatdan keçirməyi düşünürdülər.

Olqanın valideynləri qızlarının xoşbəxtliyinin hər şeydən vacib olduğunu söyləyərək, onu dəstəklədilər. İrina üçün isə bir qədər çətin oldu, qızlarının bir qız ilə münasibətdə olmasını valideynlər hələ də qəbul edə bilmirlər.

“Olqanın valideynləri ilə münasibətim yaxşıdır, onlar mənim üçün ailədirlər. Ona görə də mən onun familiyasını götürəcəyimi qərara aldım. Bundan başqa, öncədən düşündük ki, əgər işdə problem olsa mənə yeni iş tapmaq daha asan olacaq. Zərbəni öz üzərimə götürməyi düşündüm”,- qız bildirib.

Amma FHN rəhbərliyi məhəbbət hekayəsindən təsirlənməyiblər, İrina familiyasını dəyişdirməsi səbəbini etiraf edəndə ona öz xahişi ilə işdən getmək haqqında ərizə yazmağı təklif ediblər. İdarədə bu faktı təsdiqləmədilər, qeyd etdilər ki, qız öz işini könüllü şəkildə tərk edib və rəhbərliyin onun işinə qarşı heç bir iradı yoxdur.

Yaranan vəziyyəti LifeNews üçün vəkil Mariya Smekun şərh edib. Hüquqşünasın sözlərinə görə, FHN rəhbərliyinin İrinanı işdən azad etmək üçün heç bir əsası yox idi, baş verənləri isə diskriminasiya və hüquq pozuntusu kimi şərh etmək olar.

“Bizim dövlət hüquqidir, qanunvericiliyimizdə belə davranmaq üçün heç bir qadağa, məhdudiyyət və ya əsas yoxdur. Bəli, FHN xidmət haqqında öz nizamnaməsini rəhbər tutur, amma ümumi xidmət nizamnaməsi federal qanunvericiliyə və beynəlxalq hüquq normalarına əsaslanmalıdır”,- hüquqşünas izah edib.

Smekunun sözlərinə görə, işdən çıxmağa məcbur edilən qız öz şərəf, ləyaqət və reputasiyasının müdafiəsi üçün məhkəməyə müraciət etməlidir. Onun işdən azad edilməsini vəkil idarənin rəhbərliyinin hüquqi əsası olmayan kaprizi adlandırıb.

“Rusiyada belə vəziyyətə yetərincə loyal münasibət mövcuddur, insan özünü işdə yaxşı göstərirsə onu işdən azad etmək lazım deyil”, - hüquqşünas əminliklə bildirib.

Çətinliklərə baxmayaraq qızlar ruhdan düşmürlər və öz hissləri üçün sona qədər getməyə hazırdırlar. Onlar bunun üçün sevdikləri işi itirməyi və valideynləri ilə münasibətlərin tamamən qırılmasını belə gözə alıblar. Hələlik isə Olqa xilasedicilərin sırasında öz işini davam etdirir, İrina isə yeni peşəsini mənimsəməyə çalışır – o, taksi sürücüsü kimi işə başlayıb.





Xəbəri paylaş

9758 dəfə oxunub.

Digər xəbərlər
8-07-2015, 21:42 Qarabağdan yeni FOTOLAR

bütün xəbərlər
____ Instagram ___