Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda kişi arvadına görə intihar etdi
Tarix: 24-07-2015 | Saat: 19:32
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər

Azərbaycanda kişi arvadına görə intihar etdi
Ona qardaşları zəng vurub dedilər ki...

Dünən Cəlilabadın Şatırlı kəndində intihar hadisəsi baş verib. Ağayev Salamat Balaəhməd oğlu (1977-ci il təvəllüdlü) evində özünü asaraq intihar edib. Faciədən ilk olaraq Ağayevin qonşuları xəbər tutublar və polisə xəbər veriblər.

Xeberaz.az xəbər verir ki, bu barədə Vesti.Az-a Cəlilabad rayon Polis İdarəsindən bildiriblər.

İlkin istintaq zamanı onun arvadına görə, daha doğrusu onun dünyaya övlad gətirə bilməyəcəyi üzündən intihar etdiyi müəyyən edilib.

Ağayev uzun illər idi ki, evli idi. Amma onun övladı yoxdur. Onun intihardan öncə Rusiyada yaşayan qardaşları ilə telefonla danışdığı bildirilib. Ağayevin arvadı da Rusiyadadır və sonsuzluqla əlaqədar müalicə keçir. Salamat Ağayevin qardaşları arvadının uşaq saldığını bildiriblər, bu xəbər kişini kədərləndirib.

Bir saat keçməmiş o, intihar edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Ağayevin yaxınları ilə söhbət ediblər, onlar Salamat Ağayevin həyatından şikayətləndiyini və intihar haqqında danışdığını bildiriblər.

İş üzrə istintaq davam edir.


Xəbəri paylaş

6328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___