Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ər axtaran, evlənmək istəyən, banklara borcu olan İŞİD-çılar... (FOTO)
Tarix: 24-07-2015 | Saat: 15:57
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər

Ər axtaran, evlənmək istəyən, banklara borcu olan İŞİD-çılar... (FOTO)
Rusiya terror təşkilatına qoşulanların yeni mənbəyidir.
Son dövrlərdə Rusiyanın müsəlman bölgələrilə yanaşı, qeyri-müsəlman bölgələrindən də İŞİD terror təşkilatına qoşulmaq məqsədilə Suriya və İraqa yollanan sakinlərin sayı artır.

Ekstremist ideyalar özünə təkcə döyüşmək istəyənləri çəkmir. Əlinə silah alıb vuruşmaq istəyənlərlə yanaşı İŞİD qrupuna dinc peşə sahibləri, o cümlədən, özlərini dindar hesab edənlər və hətta potensial gəlinlər qoşulmaq istəyir.

ANS PRESS-in məlumatına görə, ötən ayın əvvəlində Moskva Dövlət Universiteti (MDU) tələbəsi Varvara Karaulovanın yoxa çıxması, onun bu terrorçu təşkilata qoşulmaq məqsədilə Suriyaya keçmək üçün Türkiyəyə getməsi Rusiyada ekspertləri və məmurları dərin düşüncələrə salıb.

Bu əhvalat onlara İŞİD ideyalarının Rusiya cəmiyyətinə necə dərin siraət etdiyini, cihadçı səfərbərlik şəbəkəsinin nə dərəcədə geniş yayılıdğını göstərib. Bəzi ekspertlərin qənaətincə, ərəb və ingilis dillərilə yanaşı rus dili də İŞİD silahlıları arasında artıq ən yayılmış dillərdən birinə çevrilib.

Karaulova effekti
İyunun əvvəlində 19 yaşlı MDU tələbəsi Varvara Karaulova ilə bağlı xəbərlərə Rusiya televiziyasında ayrılan efir vaxtı prezident Vladimir Putinə ayrılan efir vaxtını üstələmişdi. Axırda Karaulova evinə sağ-salamat qayıtdı, lakin onun nümunəsi digərləri üçün örnək oldu. Varvaranın qayıtmasından cəmi 2 həftə sonra digər nüfuzlu Moskva institundan Məryəm İsmailova adlı daha bir tələbə qız yoxa çıxdı. Güman edildiyinə görə, o, Türkiyəyə, sonra isə Suriyanın İŞİD-in nəzarətində olan ərazisinə gedib. Rusiyanın nüfuzlu institutlarından daha bir neçə tələbənin bu nümunəyə əməl etdikləri barədə məlumatlar var. Onların aqibəti barədə məlumat yoxdur.


Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulova


Rusiya Xarici İşlər nazirinin antiterror siyasəti üzrə müavini Oleq Syromolotov TASS agentliyinə müsahibəsində acınacaqlı açıqlama verib. "Hazırda Suriya və İraqda döyüşlərdə Rusiyadan gəlmiş 2200-ə yaxın silahlı var"- deyərək konkret rəqəm açıqlayıb.

Federal Təhlükəsizlik Xidmətinin (FTX) təxminlərinə görə, İŞİD döyüşçülərinin 8 faizini rusiyalı silahlılar təşkil edir.

Beynəlxalq Böhran Qrupunun məsləhətçisi Varvara Parxomenko İŞİD-ə əsasən çeçen və dağıstanlıların qoşulduğunu, bununla yanaşı pravoslav xristian Şimali Osetiyadan da gedənlərin olduğunu qeyd edib: “Rusiya regionlarından İŞİD-ə qoşulanların sayı artmaqdadır. Ora yalnız döyüşçülər getmir. Orada imam olub vaizlik etmək istəyənlər, ərə gedib ailə qurmaq, həyat yoldaşı tapmaq arzusu ilə gedənlər var”.

Rusiyalı ekspertlər bu cür halın səbəbini cihadçıların təbliğatında görürlər. Onların fikrincə, həmin təbliğat, həyatda Rusiya cəmiyyətinin təklif etdiyi məqsədlərdən fərqli məqsəd axtarışında olanlar üçün daha təsiredici olur. Moskvada Karnegi mərkəzinin təhlilçisi Aleksey Malaşenkonun fikrincə İŞİD-nin cazibəsi və təsiri getdikcə daha çox sayda adamı əhatə edir.

Rusdilli təbliğat
Müşahidəçilər və rəsmilər Rusiyada İŞİD təbliğatının səmərəsinin son zamanlar artmaqda olduğunu qeyd edirlər. Syromolotov TASS agentliyinə müsahibəsində bildirib ki, İslamçı adı altında qruplaşaraq öz terrorçu ideologiyalarını yaymaq üçün yeni texnologiyalar cəlb edirlər.

Bu ilin əvvəlindən, İD rusdilli auditoriyaya yönəlmiş təbliğatı xeyli gücləndirib. Mart ayında cihadçıların Al-Bayan Radio adlı rəsmi radiosu rus dilində gündəlik proqramlarının yayımına başlayıb.

Mayın əvvəlində rus dilində yeni Furat.Press jurnalının birinci buraxılışı işıq üzü görüb, bu jurnal İslam Dövlətinin rəsmi mətbuat orqanı sayılır.
Elə həmin ayda da təşkilatın HMC nəşriyyatı rus dilində “İstok” adlı jurnal buraxıb.

Politoloq Malaşenko deyir ki, rus dili İŞİD-də ərəb və ingilis dillərindən sonra sayca 3-cü dildir. Onun fikrincə, ərəb dilini öyrənmək çətindir, rus dilini isə postsovet məkanından çıxanların hamısı bilir. Bu nüans təşkilata rus dilinə üstünlük verməyə əsas verir.

Malaşenko İŞİD təbliğatının və səfərbərlik şəbəkəsinin Rusiyanı ciddi narahat etdiyini deyir. “Vəziyyət çıxılmazlığa doğru inkişaf edir. Müsəlman ölkələri bir kənara, hətta Avropada və Amerikada belə, bu hal narahatlıq doğurmaqdadır. Eyni narahatlığı Rusiya da bölüşür”, - politoloq qeyd edir.


Xəbəri paylaş

7748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___