Özünü “İnter”də “Şah” elan edən Müzəffər bəy
Tarix: 24-07-2015 | Saat: 14:14
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Dünən Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “İnter” “Hafnarfyordur”a qarşı oyunda 2:2 hesablı nəticə əldə edərək növbəti mərhələyə adladı. Tarixində ilk dəfə III mərhələyə yüksələn “Bankirlər”in uğuruna kölgə salan məqam da oldu. Matçdan öncə azarkeşlərlə rəhbərlik arasında problem yaşandı. Belə ki, stadionun təhlükəsizliyini qoruyan polislər “Tifozzi fans” azarkeş qrupunun hazırladığı pankartı açmağa icazə vermədilər.
Fan-klub üzvlərindən saytımıza verilən məlumata görə, klub işçilərindən Müzəffər adlı şəxs şüarların açılmasına icazə verməyib. Azarkeşlər ona pankartda təhqiredici sözlər olmadığını və şəxsən Nikolovdan icazə aldıqlarını bildirsələr də, Müzəffər bəy “Nikolov kimdir? Mən Nikolovdan daha vacib adamam” deyə cavab verib.
Qısa araşdırmadan sonra bəlli etdik ki, Müzəffər bəy “İnter Arena”nın direktorudur. Ona yaxınlaşıb “Niyə azarkeşlərin pankartlarını əllərindən aldırdınız? Onları hazırlamaq üçün bilirsiniz nə qədər xərc və əziyyət çəkiblər” sualımıza o “Mənə elə azarkeşlər lazım deyil. Keçən oyun məni 2 min xərcə salıblar” deyə cavab verdi.
Yəqin, Müzəffər bəy bilmir ki, azarkeşsiz klub heç kimə lazım deyil. Hər halda az sayda azarkeşi olan “İnter”ə fanatları küsdürmək sərf eləməz. Müzəffər bəy, əmin olun ki, sizin çalışdığınız komandaya medianın və azarkeşlərin marağının az olmasına səbəb sizin kimi direktorlardır. Bir fikirləşin! Dünən “Bakcell Arena”da “İnter” kimi “Qəbələ” də Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparırdı və stadion ağzına kimi dolu idi. Necə ola bilər ki, Bakıdan təxminən 400 kilometr uzaqlıqda yerləşən şəhərdən azarkeşlər öz sevimli komandalarını dəstəkləmək üçün gəlirlər, amma paytaxtda məskunlaşan klubun oyunlarına heç 2 min fanat gəlmir?
Maliyyə problemlərində boğulan bir klubun işçisinin belə özbaşınalığı nə qədər doğrudur, özünüz qərar verin. Ümumiyyətlə, 1 işçiyə görə komandanın adının, nüfuzun sarsılmasının çox şahidi olmuşuq. Özünü “İnter”də “Şah” elan edən Müzəffər bəy də belə “yaxşı” nümunələrdəndir.
İlkin Sultanlı Derby.tv
Xəbəri paylaş
7658 dəfə oxunub.
Digər xəbərlər

18-07-2015, 20:46
Sevda Kazımova bayram konsertində.
16-03-2017, 18:18
"Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" sərəncama dəyişiklik
27-05-2016, 20:31
Politoloqu efirdə döydülər – Video
12-05-2016, 19:00
İlham Əliyev 5 sərəncam imzaladı
22-12-2015, 11:56
Azərbaycanda araq və siqaret satışı üçün lisenziyalar ləğv edildi
5-01-2016, 13:13
Polşada şaxta ilə əlaqədar 39 nəfər həlak olub
28-05-2021, 11:44
Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutdu - Hərbçimiz yaralandı
27-02-2018, 11:32
Prokuror Habil Vəliyevə iş istədi – 7 il
6-09-2022, 12:54
Ən ucuz və yaxşı mənimsənilən KALSİUM mənbəyi - sağlam sümüklər, dişlər, gözəl dəri...