Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Suriya sərhədində 5 azərbaycanlı tutuldu (FOTO)
Tarix: 24-07-2015 | Saat: 13:16
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Suriya sərhədində 5 azərbaycanlı tutuldu (FOTO)
ABŞ hərbi təyyarələri və pilotsuz qurğuları İncirlikdən İŞİD-i vurmağa hazırlaşır.
Suriya-Türkiyə sərhəddində vəziyyət getdikcə dramatikləşir. "İraq Şam İslam Dövləti" (İŞİD) silahlıları artıq Türkiyə ərazisini atəşə məruz qoyurlar. Maraqlıdır ki, bu terror qruplaşmasına qoşulanların sayı getdikcə artır və bu, gələcəkdə bir çox ölkələr üçün qorxulu vəziyyət yarada bilər.

ANS PRESS-in məlumatına göreə, bu ilin ötən dövründə Suriya ilə sərhəddində 5 azərbaycanlı saxlanılıb. Bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi ölkənin sərhəd xidmətinə isnadən xəbər yayıb.


Suriya-Türkiyə sərhədinin xəritəsi


Bildirilir ki, bu ilin ilk yarısında ümumilikdə Suriyaya qanunsuz keçmək istəyən 457 nəfər saxlanılıb. Bunlar 32 ölkəni təmsil edir və bu sırada Azərbaycanın 5 vətəndaşının adı da var. Saxlanılanların çoxu Çində yaşayan uyğur türkləridir və onlar 241 nəfər təşkil edir.

Siyahı belədir:

Rusiya 56
Fələstin 30
Türkmənistan 29
Böyük Britaniya 13
Fransa 12
Səudiyyə Ərəbistanı 9
Əfqanıstan 7
Cənubi Koreya 6
Tacikistan 6
Azərbaycan 5
Almaniya 5
Belçika 5
Niderland 5

Sərhədi qanunsuz olaraq keçib Suriyaya gedənlərin qarşısı alınıb.

Daha 18 ölkədən gəlmiş 1-3 nəfər arasında olan əcnəbilər saxlanılıb. Suriyaya keçmək istəyənlər sırasında Avstraliya, Braziliya, Trinidad və Tobaqo ölkələrinin vətəndaşları da olub.


Türkiyə qırıcı təyyarəsi

Türkiyənin İncirlik bazasından İŞİD-ə zərbələr endirilir. Məlumatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ qüvvələrinin ölkənin cənub-şərqində yerləşən İncirlik hava bazasından İŞİD silahlılarına qarşı hava zərbələri endirməsinə razılaşıb.

ABŞ-ın müdafiə üzrə rəsmi nümayəndələri bildiriblər ki, razılıq iyulun 23-də Ərdoğan il Obama arasında baş tutan telefon danışığında əldə olunub. Bir neçə gün əvvəl İŞİD silahlılarının hücumu nəticəsində Türkiyənin sərhəd şəhərində onlarla adam ölüb.


İŞİD silahlıları


Ağ ev bu razılaşma barədə şərh verməkdən imtina etsə də, Türkiyə rəsmiləri deyiblər ki, ABŞ hərbi təyyarələri, eləcə də pilotsuz qurğularının İncirlikdən İŞİD-i vurmasına icazə veriləcək.


Türkiyə İŞİD-i vurur

İyulun 24-də səhər Türkiyə qırıcıları İŞİD silahlı qruplaşmasının 4 hədəfini sərhədi keçmədən vurub. Məlumatı Türkiyə rəsmiləri yayıb.

Suriyanın Havar kəndindəki hədəflərə zərbələr endirilib. Bu kənd Türkiyənin Kilis vilayəti ilə sərhəddə yerləşir.

Eyni zamanda 5 min antiterror polis əməkdaşı İstanbulda 100-dən çox şübhəli İŞİD və kürd silahlılarının məkanlarına basqın edib. Gecə əməliyyatında vertolyotlar və xüsusi qüvvələrdən istifadə olunub. Bir gün əvvəl Türkiyə ABŞ ilə İŞİD-ə qarşı hava zərbələri üçün İncirlik hava bazasından istifadəyə icazə verib. Elə həmin gün – iyulun 23-də İŞİD ilə sərhəd atışmasında bir silahlı və bir türk əsgəri öldürülüb.


İyulun 22-də iki türk polisi qətlə yetirilib


Ümumiyyətlə, həftənin əvvəlində Türkiyənin Suriya ilə sərhədində törədilmiş kamikadze hücumunda 32 nəfər həlak olub.

Türkiyə həmin partlayışın ölkədə İŞİD ilə bağlı əməliyyatların gücləndirilməsinə görə baş verməsindən narahatlığını bildirib. Son altı ayda İŞİD ilə əlbir olmaqda şübhəli bilinən 500-dən çox insan saxlanılıb.


Türkiyə-Suriya sərhəddinə tanklar cəlb olunub


Xəbəri paylaş

6588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___