Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD: Türkiyədən gələn ətlər haramdır (FOTO)
Tarix: 24-07-2015 | Saat: 12:11
Bölmə:Karusel / Dünya / M2 / Reportaj | çapa göndər

İŞİD: Türkiyədən gələn ətlər haramdır (FOTO)
Terrorçular türk dilində internetdə yayılan jurnallarında bu barədə "fətva" dərc ediblər.
Terror təşkilatı İŞİD Türkiyədən gələn ətləri haram elan edib. ANS PRESS-in məlumatına görə, bu barədə onların internetdə türk dilində çıxan jurnalında məlumat yer alıb.

İkinci sayı çıxan jurnalda "Türkiyədən kəsilib gələn ətlər haramdır" deyə qeyd edilib və səbəblər göstərilib.

“Türkiyədən gələn ətlərin höküm" başlıqlı yazı İŞİD-ın tərkibindəki "araşdırma və fətva" qurumu tərəfindən verilib. Yazıda belə qeyd edilir:

“Türkiyədən gətirilən ətlərin kəsimində şübhələr var. İlk olaraq, əti kəsəsnin müsəlman olub olmamasıdır. İkinci olaraq bizə çatan məlumata görə, türkiyədəkilərin çoxu mürtətdir".

Türkiyədən gələn ətlərin haram olmasına dair "fətva"


Xatırladaq ki, İŞİD terrorçuları Suriya və İraqda bəzi şəhərləri, yaşayaış məntəqələrini ələ keçiriblər. Onların nəzarətində olduğu ərazilərdə xilafət qurmaq niyyətindədirlər.

Türkiyə isə ötən gündən İŞİD-la mübarizəyə qoşulub. Belə ki, Türkiyə Hərbi Hava Donanmasına aid “F-16” qırıcıları səhərə yaxın İŞİD mövqelərini bombardıman ediblər. ANS PRESS-in məlumatına görə, səhərəyaxın saat 03.30-da (Bakı vaxtıyla 05.30) Diyarbəkir əsas Jet bazasından Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid 4 ədəd “F-16” qırıcısı 5 dəqiqəlik intervalla havaya qalxıblar. Kilis vilayətinin Seve kəndi ilə həmsərhəd olan Suriyanın Havar kəndinin yaxınlığında həyata keçirilən əməliyyat zamanı həyata keçirilən bombardımanın səsi Kilisdə də eşidilib.

Bundan başqa Suriyadan açılan atəşdən sonra Türkiyə Silahlı Qüvvələrinin (TSK) 60 xüsusi təyinatlı desantdan ibarət 2 taboru İŞİD-in nəzarətində olan Suriyanın Ayyaşə kəndinə girib. Sərhəddən 9 km içəriyə girən desantlar kəndə nəzarəti ələ keçiriblər.


Türk xüsusi təyinatlıları


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___