Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu görüntülərdən sonra dönər yeməyəcəksiz - DƏHŞƏT (VİDEO)
Tarix: 24-07-2015 | Saat: 10:31
Bölmə:Karusel / Səhiyyə / M2 / Xəbəraz TV | çapa göndər

Bu görüntülərdən sonra dönər yeməyəcəksiz - DƏHŞƏT (VİDEO)
Sizə təqdim edəcəyimiz kadrlar sizi şoka salacaq.

Sizə təqdim edəcəyimiz kadrlar sizi şoka salacaq. Həvəskar kamera tərəfindən lentə alınan kadrlarda siçanlar dönər aparatının üzərində gəzişir və orda olan ət qırıntılarını yeyir. Bu görüntülər bir daha dönər satılan obyektlərdəki acınacaqlı vəziyyəti gündəmə gətirib.



Dönər aparatının üzərində ət yerinə siçanlar var. Aparatın üzərinə çıxan siçanlar ət qırıntılarını yeyir. Daha sonra dönərin hazırlandığı stolun üzərində o yana, bu yana qaçır.

Şok yaradan görüntülər paytaxtda fəaliyyət göstərən dönərxanaların birində həvəskar kamera tərəfindən lentə alınıb.

Bu görüntülər bir daha dönərxanalardakı acınacaqlı vəziyyəti gündəmə gətirib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri İmran Abdullayevin sözlərinə görə, dönərxanalarda bu cür hadisələrin tez-tez baş verməsinin əsas səbəbi mövcud qanunvericiliyin tələblərindən sahibkarların sui-istifadə etmələridir.

Qurum tərəfindən bu ilin ilk 6 ayı ərzində 150-yə yaxın dönər müəssisəsi haqqında inzibati cəza protokolu tərtib edilib. Hər bir dönər müəssiəsinin sahibi 100-200 manat arasında cərimələnib. 25 dönər müəssisinin fəaliyyəti isə dayandırılıb

İmran Abdullayev deyir ki, əslində bu məsələdə əsas iş vətəndaşların üzərinə düşür.

Vətəndaşlar da dönər müəssisələrinin əksəriyyətinin təmizliyindən narazıdırlar.

Dönər satışı obyektlərindəki real vəziyyət də vətəndaşların iradlarını təsdiqləyir.

Bu dönər satıcısı isə sualımıza özünə məxsus şəkildə cavab verdi.



Xəbəri paylaş

7358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___