Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Göyçayda gənc bayram günü faciəvi şəkildə öldü
Tarix: 21-03-2019 | Saat: 09:38
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Göyçay şəhərinin mərkəzində bayram günü faciə yaşanıb. 
Hadisə bu axşam saat 20:00 radələrində şəhərin Nərimanov küçəsində qeydə alınıb.
Rayon sakini, 1996-cı il təvəllüdlü Kərimov Akif Asif oğlu piyada səkisində hərəkət edərkən “Oskar” marketin qarşısındakı irigövdəli çinar ağacının qurumuş budaqlarından biri qəflətən qoparaq onun başına düşüb.
O, ağır kəllə-beyin travması alaraq huşunu itirib. Çoxlu qan itirən Akif Kərimov yaxınlıqdakı insanların köməyi ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına göndərilib, lakin yolda dünyasını dəyişib.
Qeyd edək ki, ötən həftə Göyçay şəhərinin mərkəzində irigövdəli başqa bir çinar ağacı aşaraq avtomobil yolunu bağlamışdı. Həmin hadisə zamanı evlərə və insanlara ziyan dəyməmişdi.


Xəbəri paylaş

5768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___