Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrandan Gürcüstana aparılan 306 kiloqramdan artıq heroin müsadirə edildi - FOTOLAR
Tarix: 18-03-2019 | Saat: 16:30
Bölmə:Karusel / İqtisadiyyat / Hadisə / Dünya / M2 | çapa göndər

İrandan Gürcüstana aparılan 306 kiloqramdan artıq heroin müsadirə edildi -FOTOLAR

Azərbaycan gömrükçülərinin həyata keçirdiyi daha bir uğurlu əməliyyat nəticəsində külli miqdarda, 306,71 kiloqram narkotik vasitə - heroin aşkar edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İranın "Nader Morvarıd Astara" şirkəti tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə Gürcüstanın "Marıana Younes Saeı Dızajyekan" şirkətinə göndərilən "daş bloklar" yükü daşıyan "SCANIA" markalı "43A457-10/43A458-10", "VOLVO" markalı 75A237-10/75A238-10, "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət qeydiyyat nişanlı yük avtomobilləri saxlanılaraq stasionar rentgen qurğusundan keçirilib.
Yoxlama zaman "SCANIA" markalı 43A457-10/43A458-10 və "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət qeydiyyat nişanlı yük avtomobillərinin qoşqularında olan "Daş bloklar" yükünün təsvirlərində şübhəli cizgilər müşahidə edilib.
İran vətəndaşı Azızıkoshkı Majıd Hassanın idarə etdiyi "SCANIA" markalı yük avtomobilindəki paletlərdən birinə gömrük baxışı zamanı 28 ədəd daş blokların hər birinin daxilində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılan, ümumi çəkisi 45,446 kq narkotik vasitə-heroin aşkar edilib.
Bundan sonra həmin avtomobildəki digər daş bloklarda da narkotik vasitələrin olub-olmamasını təkrar yoxlamaq məqsədilə yük avtomobili idxal xəttinə yönləndirilib. Yoxlama yerinə çatarkən sürücü Azızıkoshkı Majıd Hassan qəfildən idarə etdiyi nəqliyyat vasitəsinin surətini artıraraq İran istiqamətinə hərəkət etməyə başlayıb. Gömrük əməkdaşları bunun qarşısını almağa səy göstərsələr də, sürücü yük avtomobili ilə İran istiqamətindəki çıxış xəttində olan "şlaqbaumu" sındıraraq Azərbaycan Respublikasının ərazisini tərk edib. Qanunsuz şəkildə, müvafiq sənədlər olmadan dövlət sərhəddini keçən sürücü İranın Biləsuvar gömrük postunun nəzarət zonasının girişində yük avtomobilini darvazanın kandarına çırparaq dayanıb və nəqliyyat vasitəsindən düşüb qaçaraq İran ərazisinə daxil olub.
Bundan sonra nəzarətdə olan İranın digər vətəndaşı İmanı Rouhollah Alıakbarın idarə etdiyi "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət nömrə nişanlı yük avtomobilinin qoşqusunda olan 15 paletdəki 960 ədəd daş bloklar "HEİMANN" markalı rentgen qurğusundan keçirilərək yoxlanılıb. Yoxlama zamanı 161 ədəd standart ölçülü, düzbucaqlı formalı daş blokların hər birinin içərisində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılmaları ilə birlikdə, ümumi çəkisi 261 kq 264 qram təşkil edən narkotik vasitə -heroin aşkar edilib.
Beləliklə, iki yük avtomobilindən aşkar edilən narkotik vasitə-heroininümumi çəkisi 306,71 kq-dır. Onun "qara bazar"da dəyəri 21,5 mln. manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
 
  • İrandan Gürcüstana aparılan 306 kiloqramdan artıq heroin müsadirə edildi -FOTOLAR
  • İrandan Gürcüstana aparılan 306 kiloqramdan artıq heroin müsadirə edildi -FOTOLAR
  • İrandan Gürcüstana aparılan 306 kiloqramdan artıq heroin müsadirə edildi -FOTOLAR
  • İrandan Gürcüstana aparılan 306 kiloqramdan artıq heroin müsadirə edildi -FOTOLAR


Xəbəri paylaş

4988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___