Kolleci bitirənlər ali məktəblərə bu qayda ilə daxil ola biləcəklər - Yeni layihə razılaşdırma mərhələsindədir
Tarix: 05-03-2019 | Saat: 09:28
Bölmə:Karusel / Təhsil | çapa göndər
Azərbaycanda orta ixtisas təhsilini bitirən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı Təhsil Nazirliyində hazırlanmış qaydalar Nazirlər Kabinetinə təqdim edilib.
Xəbəraz.Az xəbər verir ki, hazırda sənəd layihəsi razılaşdırma mərhələsindədir. Qaydaların yeni tədris ili üçün aparılan qəbul kampaniyası dövrünədək təsdiq və builki tələbə qəbulu zamanı tətbiq ediləcəyi gözlənilir.
Bu qaydalara əsasən subbakalavrlar ali təhsil müəssisələrinin yalnız müvafiq ixtisaslarına, yəni subbakalavrın təhsil aldığı ixtisasa uyğun olan ixtisasa qəbul olmaq istədiyi halda müsabiqədə iştirak edə biləcək. Belə subbakalavrlar ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda iştirak etməyərək müsabiqənin birbaşa ixtisaslaşma mərhələsinə buraxılacaqlar. Subbakalavrların qəbul olunacaqları ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.
Yeni qaydalar layihəsində bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili pilləsinə köçürülməsi məsələsi də öz əksini tapıb. Layihədə bu prosedurun sadələşdirilməsi, belə tələbələrin ali məktəbdə topladığı kreditlərin kollecə qəbul zamanı nəzərə alınması nəzərdə tutulur.
Xəbəri paylaş
5428 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-03-2019 | Saat: 09:28
Bölmə:Karusel / Təhsil | çapa göndər
Azərbaycanda orta ixtisas təhsilini bitirən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı Təhsil Nazirliyində hazırlanmış qaydalar Nazirlər Kabinetinə təqdim edilib.
Xəbəraz.Az xəbər verir ki, hazırda sənəd layihəsi razılaşdırma mərhələsindədir. Qaydaların yeni tədris ili üçün aparılan qəbul kampaniyası dövrünədək təsdiq və builki tələbə qəbulu zamanı tətbiq ediləcəyi gözlənilir.
Bu qaydalara əsasən subbakalavrlar ali təhsil müəssisələrinin yalnız müvafiq ixtisaslarına, yəni subbakalavrın təhsil aldığı ixtisasa uyğun olan ixtisasa qəbul olmaq istədiyi halda müsabiqədə iştirak edə biləcək. Belə subbakalavrlar ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda iştirak etməyərək müsabiqənin birbaşa ixtisaslaşma mərhələsinə buraxılacaqlar. Subbakalavrların qəbul olunacaqları ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.
Xəbəri paylaş
Digər xəbərlər
27-03-2022, 00:33
Qarabağ Torpaqlarına qanunsuz soxulan terrorçu ermənilər məhv edildi
3-08-2021, 12:06
Biləsuvarda 26 yaşlı oğlan özünü asdı
25-03-2016, 12:18
Anasının qucağında keçinən Namiqin qətli ilə bağlı - YENİ TƏFƏRRÜATLAR
5-06-2020, 22:22
İcra başçısı özünə 4 milyonluq yeni bina tikdirir
23-02-2018, 15:39
Bakı-Quba yolunda dəhşətli qəza: "Tır" yolun ortasında partladı
15-02-2017, 12:25
Aqil Acalov: “Olland növbəti dəfə ermənilərin dəstəyin qazanmaq üçün populist çıxış edib”
19-10-2016, 19:10
Bunun bir adı var - VƏHŞİLİK: körpəni yerə yıxaraq... - VİDEO
14-02-2016, 11:44
Tünzalə Aağyevanın klipi plagiat çıxdı - FOTO/VİDEO
26-07-2017, 17:38
Röya bağ evinin müsadirə edilməsindən danışdı - ÖZƏL